Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövşən Lənkəranski sağdır, ağır yaralıdır - SON XƏBƏR(YENİLƏNİB)
Tarix: 18-08-2016 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rövşən Lənkəranski sağdır, ağır yaralıdır - SON XƏBƏR(YENİLƏNİB)

Istanbulda dünən gecə güllələnən şəxsin Rövşən Lənkəranski olduğu dəqiqləşib.

APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, pasportunda soyadı Əliyev yazılsa da, polis araşdırma nəticəsində onun Rövşən Lənkəranski (Canıyev) olduğunu dəqiqləşdirib.

Agentliyin əməkdaşı onu da öyrənib ki, R. Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri isə gözünə tuş gəlib. Hadisə İstanbul Baş Polis İdarəsi tərəfindən araşdırılır.

Hazırda Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsində olan R. Lənkəranskinin vəziyyətinin ağır olduğu bildirilir.


***

saat 04.02

Bakı-APA. İstanbulda azərbaycanlı iş adamı Rövşən Əliyev silahlı hücuma məruz qalıb.

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, Barbaros bulvarındakı Yıldız prospektində oteldən çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.

Baş verən atışma nəticəsində ağır yaralanan iş adamı və sürücü xəstəxanaya çatdırılıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq şəxsiyyəti müəyyənləşməyən sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Atışma zamanı Rövşən Əliyevin avtomobilinə çoxlu sayda güllə dəyib. Hadisə yerindən avtomat və iki tapança tapılıb. Polis silahlıların tutulması istiqamətində əməliyyata başlayıb.


Xəbəri paylaş

1 0538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___