Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarpızı Yeni İl bayramına qədər saxlamağın sadə metodu - FOTOLAR
Tarix: 17-08-2016 | Saat: 20:53
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Qarpızı Yeni İl bayramına qədər saxlamağın sadə metodu - FOTOLAR

Yəqin ki, qarpız sevməyən adam yoxdur. Bəzi cənub ölkələrində qarpızı o qədər onları sevirlər ki, hətta Milad bayramında onu qiymətli hədiyyə kimi verirlər.

Bəs qarpızı qışa qədər necə saxlamaq lazımdır ki, xarab olmasın?


"Xəbəraz.az " xəbər verir ki, qarpızı qışa qədər saxlamaq mümkündür və bunun üçün xüsusi üsullar var. Biz oxucuları bu zolaqlı və dadlı giləmeyvəni Yeni İlə qədər təzə saxlamağın metodu ilə tanış edirik.

Qarpız saxlamaq ənənəsi əslində, Hindistandan gəlib. Bu metodun əsas xüsusiyyəti odur ki, qarpızı tamamilə bir növ parafinlə mumyalamaq lazımdır. Bu, qarpızı su itkisindən və kənar təsirlərdən qoruyur. Bu, aşağıdakı şəkildə edilir:

Ən əsası üzərində heç bir əzik və digər çatları olmayan qarpız tapmaq lazımdır, yoxsa bütün həngamə faydasız olacaq. Çox böyük ölçülü qarpız seçmək lazım deyil. Ən optimal variant təxminən 4 kiloqramdır.

Qarpızı Yeni İl bayramına qədər saxlamağın sadə metodu - FOTOLAR

Ən yaxşısı gecyetişən və qalın qabıqlı sortları seçin. Çox yetişmiş qarpız götürmək lazım deyil, onların korlanma ehtimalı çoxdur. Qarpızı quru dəsmalla silin, onu yumaq lazım deyil. Parafini və ya mumu isti su vannasında əridin. Əgər siz satışda bu materialı tapa bilməmisinizsə, onda ucuz şam istifadə etmək olar. Lakin onlardan fitilləri əvvəlcədən çıxartmaq lazımdır.

Qarpızı Yeni İl bayramına qədər saxlamağın sadə metodu - FOTOLAR

Alınan mayeni azca soyudub qarpızın üzərinə bərabər miqdarda tökün. Parafinin qatı ən azı 0,5 sm olmalıdır. Sonda parafinin soyumasını gözləyin.

Qarpızı Yeni İl bayramına qədər saxlamağın sadə metodu - FOTOLAR

Süfrəyə verməzdən əvvəl qarpızın üstündəki parafini təmizləmək və yumaq lazımdır. Biz ümid edirik ki, bu ləziz giləmeyvənin saxlanması üsulu ən əziz qonaqlarınızı təəccübləndirməyə kömək edəcək və yaxınlarınızı sevindirəcək.

Qarpızı Yeni İl bayramına qədər saxlamağın sadə metodu - FOTOLAR


Xəbəri paylaş

1 0358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___