Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ANS-in məşhur siması Xəzər TV-də
Tarix: 14-08-2016 | Saat: 14:28
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

  ANS-in məşhur siması Xəzər TV-də

ANS TV-nin efirindən tanıdığımız aparıcı bundan sonra Xəzər TV-də görünəcək.

"Xəbəraz.az "BAKU.WS-ə istinadən bildirir ki, aparıcı artıq adıçəkilən telekanalda işə başlayıb.

Söhbət ANS TV-də "Xəbərçi"-nin aparıcısı kimi tanınan Xanım Yadigarlıdan gedir.

Xanım Yadigarlının hansı verilişdə efirə çıxacağı hələlik gizli saxlanılır. Xəzər TV və 103 FM-in musiqi departamentinin yeni rəhbəri Kənan Bayramov məsələ ilə bağlı yalnız bunları deyə bildi: "Yeni tele-mövsüm üçün hazırladığımız layihələrlə bağlı hələlik heç bir açıqlama və ya müsahibə verə bilmərik".

Qeyd edək ki, Xanım Yadigarlı orta məktəbi bitirdiyi ildən ANS-də işə başlayıb. Fəaliyyətinə "Şoubiz" verilişində müxbir kimi başlayan Yadigarlı, efirdə ilk dəfə elə həmin verilişin aparıcısı kimi görünüb. Yaşının azlığına və təcrübəsinin olmamasına baxmayaraq, "Xəbərçi" verilişində aparıcı və baş prodüser, daha sonra isə ANS TV-nin Xəbərlər departamentində baş redaktoru vəzifələrinə yüksəlir. Bu vəzifələri ondan əvvəl müxtəlif illərdə Mirşahin Ağayev və Seyfulla Mustafayev tuturdu.


Xəbəri paylaş

1 0768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___