Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli ilə min dərdə dəva olduğunu deyir - Falçı, yoxsa fırıldaqçı? - VİDEO
Tarix: 14-08-2016 | Saat: 13:58
Bölmə:Karusel / Hadisə | çapa göndər

Əli ilə min dərdə dəva olduğunu deyir - Falçı, yoxsa fırıldaqçı? - VİDEO

Onun yanına nəinki Ucardan, hətta ətraf rayonlardan da gələnlər var. Kənd sakinləri isə falçı qadının xüsusilə də qadınlarıaldatdığını bildirirlər.

Əlində şəfa olduğunu deyir. Övladı olmayanlara uşaq, ailə qura bilməyənlərə isə toy vəd edir. Texnologiyanın və müasir tibbin inkişaf etdiyi bir dövrdə o, falçılıqla məşğul olub insanları belə inandırır.

"Xəbəraz.az " xezerxeber.com-a istinadən bildirir ki, Məlahət Qafarova Ucarın Qaracallı kəndində yaşayır. 55 yaşlı qadın illərdir falçılıqla məşğuldur. ''Əlinin min dərdə dəva'' olduğunu iddia edən qadın ona vergi verildiyini deyir. Həyətindəki nar ağacını isə pir kimi təqdim edir.

Qadın, dırnaqarası bacarığı ilə Ucara səs salıb. Hətta qonşu rayonlardan da onun yanına gələn var. Kənd sakinlərinin əksəriyyəti isə qadının insanları aldatdığını bildirirlər. Onlar deyirlər ki, Falçı xüsusi ilə də qadınları aldadır, onlara guya xoşbəxtlik bəxş edərək pullarını alır.

Məlahət Qafarova bu hərəkətlərinə görə problem yaşayıb. Rayon polis şöbəsindən verilən məlumata görə, Məlahət Qafarovanın bacısıoğlu falçılıqla insanları aldatdığına görə xalası ilə mübahisə edib və onu bıçaqlayıb. Ancaq qadının tutduğu əməllər haqqında polisə şikayət daxil olmayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirilir ki, falçılar tərəfindən aldadıldığını düşünənlər mütləq hüquq-mühafizə orqanlarına müaciət etməlidirlər.



Xəbəri paylaş

8038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___