Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zibil qablarından gələn üfunət metroya dolur - VİDEO
Tarix: 14-08-2016 | Saat: 13:54
Bölmə:Karusel / Hadisə | çapa göndər

Zibil qablarından gələn üfunət metroya dolur - VİDEO

Havalandırma şaxtasının ətrafı zibilxanaya çevrilib.

Belə ki, metronun ''İnşaatçılar'' stansiyasını təmiz hava ilə təmin edən havalandırma şaxtasının ətrafı zibilxanaya çevirilib. Tullantıların ətrafa yaydığı qoxu birbaşa həmin havalandırma sistemi vasitəsi ilə metroya daxil olur. Bakı Metropolitenindən isə bildirildi ki, sözügedən problemlə bağlı artıq bir dəfə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilib. Ancaq mövcud mənzərə onu göstərir ki, müraciət hələ də icra edilməyib

Bir tərəfdə metronun "İnşaatçılar" stansiyasının havalandırma şaxtası...Onun yanında isə içərisi tullantılarla dolu zibil qabları. Ətrafda isə çirkab tullantı suları və anti-sanitar mənzərə.

Kadrlar paytaxtın Yasamal rayonu Şərifzadə küçəsində lentə alınıb. "İnşaatçılar" metrostansiyasının yaxınlığına metroda təmiz havanı təmin etmək məqsədilə quraşdırılan havalandırma şaxtasının ətrafı zibilxanaya çevrilib.

Zibillərin bəzi hallarda vaxtında atılmaması və ətrafı cənginə alan tullantı sularının üfunəti vəziyyəti daha da acınacaqlı edir.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, həmin mənzərə birbaşa inzibati xətalar məcəlləsinə ziddir. Məcəlləyə əsasən, Metropolitenin havalandırma şaxtasının 25 metr yaxınlığına hər hansı bir zibil atmaq və ya tullantı yandırmaq qadağandır. Nəsimi Paşayev həmçinin bildirdi ki, bütün bu standartlar və sərnişinlərin şikayətləri nəzərə alınaraq hələ bir müddət əvvəl sözügedən problemin aradan qaldırılması üçün Yasamal rayon İcra Hakimiyətinə sorğu göndərilib.

Yasamal rayon 22 saylı mənzil istismar sahəsinin rəisi Məmməd Hüseynov isə zibil yeşiklərinin yerinin düzgün seçildiyini və bu yerin dəyişdirilməyəcəyini dedi.

Milli.Az




Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___