Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda toy yasa çevrildi - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
Tarix: 14-08-2016 | Saat: 13:22
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda toy yasa çevrildi - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

Tərtərdə toy karvanında qəza baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə gərə hadisə Tərtərin “Dörd yol” adlanan ərazisində baş verib.

Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı “Niva” markalı avtomobillə toqquşub. “Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, “Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur. Toqquşma nəticəsində “Mercedes” markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.

Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G. Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.

Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

Azərbaycanda toy yasa çevrildi - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR

Azərbaycanda toy yasa çevrildi - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR


Xəbəri paylaş

1 0418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___