Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məlumat almaq üçün 1 manat ödəməlisən — VİDEO
Tarix: 14-08-2016 | Saat: 10:23
Bölmə:Karusel / Hadisə | çapa göndər

Məlumat almaq üçün 1 manat ödəməlisən — VİDEO

Artıq Şəkiyə gələn qonaqlar məlumatın satılması ilə bağlı elanla da qarşılaşa bilərlər.

"Xəbəraz.az " Kanal S (Region TV) istinadən xəbər verir ki, məlumat əldə etmək isə nə az, nə çox, 1 manata başa gəlir.

Gün ərzində eyni məzmunlu sualları cavablandırdıqdan sonra Şəki sakinləri belə bir "elan lövhəsi" asmaq qərarına gəlib. Bu yazılanları Şəki zarafatı kimi də qəbul etmək olar. Ancaq elandan sonra ünvan soruşanların sayının azalması heç də hamının eyni fikirdə olmadığını göstərir. Elanın müəllifi də bunun bir zarafat olduğunu desə də, son günlər elanın sosial şəbəkədə geniş müzakirə edilməsi və müxtəlif şərhlərin yazılması zarafatın birmənalı qarşılanmadığını göstərir. Son zamanlar Şəkidə ünvan lövhələrinin olması gələn qonaqlar tərəfindən də müsbət qarşılanır. Ən azı turistlər belə deyir. Müəyyən istiqamətləri öyrənmək məqsədilə insanlara müraciət edilməsinin bir səbəbi məlumat lövhələrinin azlığı, və yaxud yerinin düzgün seçilməməsi ola bilər. Digər səbəbi isə yəqin ki, qonaqların Şəki sakinlərinin şirin ləhcəsi, onların zarafatlarını eşitmək istəyindən irəli gəlir.



Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
14-12-2017, 14:04 Sabahın havası

bütün xəbərlər
____ Instagram ___