Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kişilərin seks uğrunda söylədiyi yalanlar: “Qucaqlaşıb...”
Tarix: 12-08-2016 | Saat: 23:35
Bölmə:Karusel / Qadınlar / Maraqlı | çapa göndər

Kişilərin seks uğrunda söylədiyi yalanlar: “Qucaqlaşıb...”

Kişilərin seks üçün danışmayacağı yalan yoxdur. Amma bəzi yalanları yalnız seks uğrunda söylədikləri şübhəsizdir. Aile.lent.az sizi kişilərin seks uğrunda tez-tez söylədiyi 8 yalanla də tanış edir.

1. Səninlə gələcək haqqında xəyallar qururam

Heç bir qadın münasibətə müəyyən bir vaxt üçün başlamır. Xanımlar hər zaman gələcəyə istiqamətlənmiş və evlənəcəyi bir kişi ilə münasibət qurmaq istəyir. Qadınların bu zəifliyinin fərqində olan bir çox kişi isə onunla asanlıqla sevişmək üçün onu gələcəyi olaraq gördüyünü deyir. Qadın bunu söyləyən bir kişiyə “xeyr” deməz.

2. Ehtiyacım var

Cinsi münasibət kişilər üçün bir ehtiyac kimi təqdim olunur. Qadınlar isə kişinin ehtiyacını qarşıladıqda daha çox seviləcəyini düşünərək, onların “buna ehtiyacım var” yalanı qarşısında müdafiəsiz qalır.

3. Çox gözəlsən, səninlə olmaq mənə qürur verir

Bir qadını gözəlliyi ilə tərifləməyiniz, ona ala biləcəyiniz qiymətli bir hədiyyə kimidir. Hər qadın gözəl olduğunu bilsə də, bunu dəfələrlə eşitmək hər dəfə xoşuna gəlir. Bir qadın bunun qarşılığında hər şey edə bilər. Kişi birbaşa seks təklif edə bilmədikdə, mövzuya bu yalanla başlayır.

4. Bədəninə deyil, ağlına heyranam

Vücudu deyil, ağlı ilə bir kişini təsir altına almaq hər qadının işi deyil. Ağlı ilə özünə heyran etdiyini bilən qadın kişi üçün seksin ikinci planda olduğunu düşünür. Nəticədə isə qarşısındakı kişi ilə rahatlıqla sekslə məşğul olur.

6. Bədəni hiss etmək istəyirəm, paltarlarını soyun

Sevgilisini hiss etmək istəyən insan ruhu və qəlbi ilə də hiss edə bilər. Siz də bilirsiniz ki, geyiminizi çıxarmaq artıq seksin qapısını açacaq. Tərəf müqabiliniz sekslə məşğul olmağı sizin təklifiniz kimi təqdim etmək istədikdə bu yalanla müraciət edir.

7. Sadəcə qucaqlaşıb yatarıq

Bir kişi yatağa girdiyi andan seks haqqında düşünsə də, əsla bunu dilə gətirməz və seksin deyil, tərəf müqabilini sevdiyini göstərmək üçün onunla yan-yana yatmağın ona xoşbəxtlik verdiyini deyər. Əlbəttə, bu, qadının asanlıqla onunla seks yaşaması üçün söylənilən yalandır. Çətini yatağa girənədəkdir.

8. Təbii ki, səndən əvvəl olmayıb

Hər qadın kişi üçün ilk və son olmaq istər. Qadınların bu mövzudakı həssaslığının fərqində olan kişilərin seks haqqındakı ən böyük yalanları da budur. Kişilər çox zaman tərəf müqabilinə onun ilki olduğu yalanını söyləyir.



7508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___