Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Salyanda FACİƏLİ QƏZA: Sürücünün oğlu öldü, həyat yoldaşı...
Tarix: 11-08-2016 | Saat: 23:24
Bölmə:Karusel / Hadisə | çapa göndər

Salyanda FACİƏLİ QƏZA: Sürücünün oğlu öldü, həyat yoldaşı...

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az " xəbər verir ki, Ələt-Astara magistralında baş vermiş qəza nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Neftçala rayonu, 1-ci Mayak qəsəbə sakini, 1954-cü il təvəllüdlü Cavadov Vidadi Cahangir oğlunun idarə etdiyi “Mercedes” markalı 47 BD 292 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən yük maşınına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün oğlu, 1990-cı il təvəllüdlü Cavadov Natiq Vidadi oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücünün həyat yoldaşı, Neftçalanın 1-ci Mayak sakini, 59 yaşlı Mələknisə Həsənbala qızı Cavadova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

9858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___