Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəmir yolları birləşdirilir
Tarix: 09-08-2016 | Saat: 02:50
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

Dəmir yolları birləşdirilir
Rusiya, İran və Azərbaycan bir sıra sahələr üzrə işçi qrupu yaradacaq.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Bakıda keçiriləcək üçtərəfli görüşünün bəyannaməsinin layihəsində vurğulanıb.

Bundan başqa tərəflər energetika və nəqliyyat sahələri də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəlib. Belə ki, hər üç ölkə bərabərlik və qarşılıqlı mənfəət əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əlaqələri gücləndirmək niyyətindədir.

Həmçinin tərəflər regionda iqtisadi artıma, beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional, eləcə də beynəlxalq energetika və nəqliyyat dəhlizlərinin inkişafı məqsədi ilə hər iki sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir.

Eyni zamanda tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının sabit fəaliyyəti üçün Azərbaycan, İran və Rusiyanın töhfəsinin zəruriliyini qeyd edir və gələcəkdə bu sahədə qarşılıqlı fəaliyyətin daha da yaxşılaşdırılmasının, o cümlədən qazın nəqli və tədarükü ilə bağlı texnologiyaların təqdim edilməsinin tərəfdarı olduqlarını bəyan edir.

“Tərəflər iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün ekoloji cəhətdən təhlükəsiz olan nəqliyyat infrastrukturunun yaradılmasına yönələn regional nəqliyyat və rabitə imkanlarının inteqrasiyası üçün səylərini dəstəkləmək niyyətindədir. Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir.

Eyni zamanda hər üç ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin effektivliyini artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir”, – deyə bəyannamə layihəsində vurğulanıb.


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___