Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə ər arvadını niyə baltaladı? – qanlı olayın TƏFƏRRÜATI+FOTOLAR
Tarix: 09-08-2016 | Saat: 02:33
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Tərtərdə ər arvadını niyə baltaladı? – qanlı olayın TƏFƏRRÜATI+FOTOLAR

Tərtərdə əri tərəfindən baltalanan qadın lent.az-a danışıb. Tərtərin Babək küçəsində həyat yoldaşı, 28 yaşlı Tofiq Məmmədov tərəfindən baltalanan 37 yaşlı Məhsəti Səmədova deyib ki, 3 yaşlı qızını qonşular gizlətməsəydi, əri onu öldürəcəkmiş.
Hazırda M. Səmədova anası, 1948-ci il təvəllüdlü Səfurə Quliyeva ilə birlikdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
M. Səmədova 5 il əvvəl ailə qurduğunu, bu müddət ərzində ailədaxili münaqişələrin günü-gündən artdığını deyib: “İki övladımı atalarının şiddətindən qorumaq üçün boşanmaq qərarına gəldim və məhkəməyə müraciət etdim. Mənə demişdi ki, boşansan, səni öldürəcəm. Mən onun sözünə inanmamışdım.
Axırıncı dəfə döyüb getdiyi 10 gün idi. Hasardan keçib, girdi evə. Baltanı da gətirib qoydu yanına. Birdən durub cumdu mənə. Biz atamın həyətində ev tikdirmişik, səs-küyə anam, bacım gəldi. Baltanın arxasıyla mənim başıma 3-4 dəfə vurdu. Araya bacım girdi, bacımı da vurdu. Biz anamla bacımı onun əlindən almaq istəyəndə anamı balta ilə başına-başına vurmağa başladı. Bacım qaçdı çölə, qapını açıb qonşuları çağırdı. Qonşular onu tutdu saxladı, sonra polis gəldi”.
M. Səmədovanın anası Səfurə Səmədova bildirib ki, kürəkəni T. Məmmədov əvvəllər də ailədaxili dava-dalaş salıb, amma bu qədər əsəbi olmayıb: “Son günlər hər kəsi ölümlə təhdid edirdi”.
Arvadını, qayınanasını, baldızını öldürməyə cəhd edən T. Məmmədovun qardaşı Göygöz Məmmədov isə qardaşının psixoloji problemləri olduğunu deyib: “Əvvəllər sağlam idi. Hətta könüllü olaraq müddətdən atıq ordu sıralarında xidmət də edib. Sonradan əsəbləri pozuldu. Müdafiə Nazirliyinin hospitalında müalicə də alıb. Sonradan orduya yararsız kimi tərxis olundu. Düzü, heç biz də onu müalicə elətdirmədik”. (virtualaz.org)

Tərtərdə ər arvadını niyə baltaladı? – qanlı olayın TƏFƏRRÜATI+FOTOLAR
Tərtərdə ər arvadını niyə baltaladı? – qanlı olayın TƏFƏRRÜATI+FOTOLAR
Tərtərdə ər arvadını niyə baltaladı? – qanlı olayın TƏFƏRRÜATI+FOTOLAR
Tərtərdə ər arvadını niyə baltaladı? – qanlı olayın TƏFƏRRÜATI+FOTOLAR


Xəbəri paylaş

1 1238 dəfə oxunub.

Digər xəbərlər
13-06-2016, 12:39 Ramazanda makiyaj olar?

bütün xəbərlər
____ Instagram ___