Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zoğalın inanılmaz faydaları-MÜTLƏQ OXUMALISINIZ
Tarix: 08-08-2016 | Saat: 17:58
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Zoğalın inanılmaz faydaları-MÜTLƏQ OXUMALISINIZ

Zoğalın tərkibində faydalı maddələr çoxdur. Zoğal meyvəsindən insanların qida kimi istifadə etməsinin qədim tarixi var. Zoğalın qabıqlarından hazırlanan ekstraktı arpa unu ilə qarışdırıb maddə hazırlayıb səpki və çibanların uzərinə yaxıb, müalicə edirlər. Zoğalın qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından cay hazırlanır.
Müalicə məqsədilə təzə və quru meyvələrindən, çox az hallarda isə yarpaqlarından, qabıqlarından və köklərindən istifadə edilir. Meyvələrin həlimi və şirəsi ishalda faydalıdır. Müəyyən olunmuşdur ki, zoğalın meyvəsi tif dizinteriya qruplu bakteriyaları öldürmə qabiliyyətinə malikdir.Tədqiqat nəticəsində müəyyən olunub ki, zoğalın və cır armudun şirəsi xroniki ishalda müsbət nəticə verir. Zoğal sinqa əleyhinə dərman vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Bu məqsədlə onun həm təzəsi, həm də cemi, kiseli və kompotu faydalıdır.

Xalq təbabətində zoğal maddələr mübadiləsi pozulanda, podaqra, dəri xəstəliklərində və həmçinin qanartırıcı dərman kimi istifadə edilir. Zoğalın meyvələri vərəm əleyhinə və iştahaçan vasitə kimi faydalıdır.

Kökləri və qabığı malyariya və revmatizmə qarşı dərman kimi işlədilir. Baş ağrısında zoğal tumlarının həlimi ilə isladılmış dəsmalı alına, köklərinin həlimini arpa unu ilə qarışdırıb çibana qoyardılar. Budaqlarının yarpaqları ilə birlikdə həlimi öd və sidikqovan, çiçəklərinin həlimi, meyvələrinin şirəsi və həlimi titrətmə – qızdırma əleyhinə vasitə kimi işlədilib. Zoğalın mürəbbəsi soyuqdəymə zamanı tərlədici və hərarət salan, mədə sancmasında ağrıkəsən vasitə kimi istifadə edilir.

Meyvələrinin həlimi belə hazırlanır: 2 xörək qaşığı meyvələri, 1 stəkan qaynar su ilə 8 saat dəmlənir. Gündə iki dəfə ½ stəkan qəbul edilir.

Köklərinin həlimi: Əzilmiş xırda kökləri (1: 10 nisbətində) qaynadılır, sonra iki saat dəmlənir. Bu dərman süzülür, gündə 3 dəfə və hər dəfə iki xörək qaşığı qəbul edilir.
Zoğal köklərinin belə həlimi orqanizmin tonusunu və fəaliyyətini artırır.

Budaq və yarpaqlarının birlikdə çayı: budaq və yarpaqlarının narın əzilmiş qarışığından 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir. Süzülərək ¼ stəkan gündə 3-4 dəfə qəbul edilir. Bu ishal əleyhinə, ödqovucu və sidikqovucu vasitədir.

Malyariyada 2 xörək qaşığı zoğal ağacının qabığını 2 stəkan su töküb zəif odda ağzı örtülü qabda 30 dəq. qaynatmaq, soyutmaq, süzmək. Bütün alınan həlimi qurtum – qurtum gün ərzində içilir.

Zoğal meyvəsi mədə qanaxmalarında və isalda faydalıdır. Cövhəri: 5-10q quru zoğal meyvələri 1 stəkan qaynar suya töküb 1 saat dəmlənir. İsalda gündə 1 stəkan, mədə qanaxmalarında isə, yeməkdən qabaq gündə 3 dəfə 1 stəkan içmək lazımdır.

Bel ağrısı: zoğalın meyvəsini tumsuz tənzifə büküb, belin ağrıyan yerinə qoyurlar.

Zoğal sirkəsi: yuyulub tumları təmizlənmiş 1,5 kq zoğal ağacla döyülüb əzilir və şüşə bankaya tökülür, üzərinə 1,5 litr su, 200 qr şəkər və 1-2 budaq nanə əlavə edib ağzı ikiqat tənziflə bağlanır. Otaq şəraitində 2-3 ay saxlanır. Bundan sonra üst təbəqə süzülür və alınan sirkə xörəklərin hazırlanmasında istifadə edilir.

Zoğalın çiy mürəbbəsini də hazırlaya bilərsiniz.

Zoğal yuyulur, süfrənin üzərinə sərilib suyu qurudulur, taxta kartov əzənlə əzilib tumları çıxarılır və şəkər tozu əlavə edilir. 1-2 gün taxta qaşıqla qarışdırılır. Şəkəri əridikdən sonra bankalara yığılır.

Çiy mürəbbə hazırlayarkən istifadə olunana qablarda su olmamalıdır. Əks halda qıcqırma halı baş verəcək. Hazır mürəbbələri ya soyuducuda ya da sərin yerdə saxlanılır.

Zoğal çox yüksək təzyiqli xəsətlərə, şəkər xəsətlərinə də faydalıdır. Həmçinin çiy mürəbbəsi soyuqdəymdə əvəzolunmaz təsirləri var.


Xəbəri paylaş

9408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___