İstanbul dalğalanır - milyonlarla insan meydanda- FOTOLAR
Tarix: 07-08-2016 | Saat: 23:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Bahçeli, tribunaya çıxaraq 15 iyul qiyamı haqqında çıxışına başlayıb. O xalqa meydanlarda olduğu üçün təşəkkür edib və hər zaman onların yanında olacağını vurğulayıb.
18:08
Türkiyə prezidenti Ərdoğan, xanımı və Baş nazir Yıldırım "Demokratiya və şəhidlər mitinqi"nin keçirildiyi meyda helikopterlə gəldilər.
***
Bu gün İstanbuldakı Yeniqapı meydanında keçiriləcək demokratiya və şəhidlər mitinqi 15 iyul dövlət çevrilişinə cəhddən sonra ölkənin bütün şəhərlərində davam edən demokratiya növbələrinin ən izdihamlısı olacaq. Demokratiyaya və dövlətə dəstək məqsədilə keçiriləcək mitinq Türkiyə vaxtı ilə saat 17:00-da başlayacaq. Mitinqdə 4 milyona yaxın insanın iştirak etməsi gözlənilir. Eyni gün, Türkiyənin bütün şəhərlərində də demokratiyaya dəstək mitinqləri keçiriləcək. Həmin mitinqin iştirakçıları 80 vilayətdə quraşdırılacaq nəhəng ekranlardan İstanbuldakı izdihamlı mitinqdə ediləcək çıxışları canlı izləyə biləcəklər.
Türkiyənin əsas siyasi partiya liderlərinin, ictimai, siyasi və incəsənət xadimlərinin, iş adamlarının iştirak edəcəkləri izdihamlı mitinqdə Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, əsas siyasi partiya rəhbərlərinin çıxış edəcəkləri gözlənilir.
Mitinqə hazırlıq çərçivəsində çıxışlar üçün xüsusi platforma da quraşdırılıb. Kütləvi tədbirə gələnlər üçün 2,5 milyon Türkiyə bayrağı, 1,5 milyon papaq hazırlanıb. Mitinqə insanların rahat gəlmələri üçün xüsusi avtobuslar ayrılıb. Mitinqin keçiriləcəyi ərazidə texniki və təşkilatı məsələlərin həlli üçün 13 min işçi cəlb olunub. Ərazidə 102 həkim briqadası, 728 nəfərlik tibbi heyət insanlara xidmət göstərəcək.
Qeyd edək ki, Ankarada Baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə keçirilmiş təhlükəsizlik toplantısında terror təşkilatları ilə mübarizə çərçivəsində aparılan əməliyyatlarla yanaşı, İstanbuldakı mitinqdə təhlükəsizlik məsələləri də müzakirə olunub.
Xəbəri paylaş
7518 dəfə oxunub.
Digər xəbərlər

20-08-2015, 12:17
İlk görüşdə bunları etməyin
17-03-2017, 11:11
Bakıda ticarət mərkəzinin qarşısında faciə: qadın öldü
30-07-2018, 20:43
Müsavat Partiyasının başqanı xəstəxanaya yerləşdirildi
26-03-2016, 20:41
Onun ölümü böyük itkidi” – Robert Prosineçki
23-02-2018, 21:12
Bakıda bədbəxt hadisə - uşağın qarnına mil batıb
10-03-2017, 14:12
Azərbaycan efirində ölü yudular -Video
14-06-2016, 12:32
Neft Fondu 50 milyon dollar satdı
5-09-2017, 11:04
Toydan qayıdan Lerik sakinləri qəzaya düşdülər: 4 yaralı