Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
hər şey yansa da, Azərbaycan bayrağı yanmayıb.-VİDEO
Tarix: 13-05-2015 | Saat: 20:42
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

hər şey yansa da, Azərbaycan bayrağı yanmayıb.-VİDEO
“Bir az gec durdum”.

Ötən gecə Yevlaxda ev yanıb.

Xeberaz.az
Region TV-yə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 300 kvadratmetr olan evin 150 kvadratmetrində hər şey sıradan çıxsa da, Azərbaycan bayrağı yanmayıb.

Gecə saat 4.00 radələrində Yevlax şəhəri, Vaqif küçəsi 119 ünvanında İmarət Hacı qızı Nadirovaya məxsus ümumi sahəsi 300 kvadratmetr olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evində yanğın başlayıb. Yanğın evin dam örtüyünün çardaq hissəsində qeydə alınıb.

Evin 2– ci mərtəbəsinin yanar konstruksiyaları və əşyalar 150 kvadratmetr sahədə sıradan çıxıb. Yanğını ilk görənlərdən olan və onun qarşısını almağa çalışan ev sahibinin oğlu Ramin Nadirov xəsarət alıb.

Ramin Nadirov- ev sahibinin oğlu: “Bir az gec durdum. saat 4-dü gördüm ki, evdən tüstü çıxır, çaqqıltı səsləri gəlir, çıxdım evin belinə gördüm ki, evdə yanğın var, su tökdüm o su məni atdı yerə. Alov alovlandı suyu vuran kimi mən ordan düşdüm yerə, əlim sındı, ayağım. Hə ondan sonra düşdüm aşağı”.

Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Alovun evin 1 mərtəbəsinə keçməsinin qarşısı alınıb.

Şahin Qurbanzadə- jurnalist: “Nadirova İmarət Hacı qızına məxsus Vaqif küçəsi 119 ünvanında ev yanarkən diqqətimizi bir məqam çəkdi, bu ondan ibarətdir ki, Azərbaycanın üç rəgli bayrağı yanmayıb”.

Yanan evdə 3 ailənin 16 üzvü yaşayırdı. İlkin versiyaya görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı Fövqəladə Hallar Nazirliyi Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsində araşdırma aparılır.


Xəbəri paylaş

3 5218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___