Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Sovetski” belə olacaq - GÖZOXŞAYAN VİDEO
Tarix: 05-08-2016 | Saat: 18:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Sovetski” belə olacaq - GÖZOXŞAYAN VİDEO

Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməli qoyulub.

“Azəravtoyol” ASC –dən verilən məlumata görə, ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur.

Bu işlər çərçivəsində Füzuli meydanından Nəriman Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yolların genişləndirilməsi və inşası işlərinin aparılması, habelə yeni yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur.

Sözügedən ərazilərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində aparılacaq.

Bu ərazidə tikinti işlərini həyata keçirəcək “Azəravtoyol” ASC “Sovetski”də 6,1 km-ə yaxın olan yenidən qurulacaq 5 küçənin 3D layihəsini təqdim edib.



Xəbəri paylaş

7958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___