Türkan Heydərova şou-biznesə gəldi: "Canım" - VİDEO - FOTO
Tarix: 05-08-2016 | Saat: 11:41
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Xalq artisti Aygün Kazımovanın prodüseri Roland Bayramov şou-biznesdə daha bir müğənni ilə çalışmağa başlayıb. Bu barədə "Xəbəraz.az "-a R.Bayramovun özü məlumat verib. O, bildirib ki, “Yeni ulduz” yarışmasının yadda qalan iştirakçısı Türkan Heydərova ilə çalışacaq: “Ümumiyyətlə mən şou-biznesdə baş verən bir çox proseslərdən uzağam. Qalmaqaldan, səs-küydən kənar gəzən insanam. Yalnız yeni proyektlər olduğu zaman bunu jurnalistlərlə bölüşməyi üstün tuturam. Boş-boş danışmaq əvəzinə, yeni iş təqdim etmək lazımdır. Xalq artisti Aygün Kazımova ilə də işbirliyimiz davam edir. Eyni zamanda Türkanla da çalışıram və birgə yeni layihələrə imza atacağıq. Öncədən söyləməyim, sürpriz olsun”.
Müğənni Türkan Heydərova da R.Bayramovla işbirliyindən danışıb. O, bildirib ki, artıq böyük həvəslə şou-biznesdə yeni layihələrə imza atacaq: “Bu günə qədər heç bir zaman reklam dalınca qaçmamışam. Bu sənətə təsadüfi gələn müğənnilərdən deyiləm. Sadəcə “Yeni ulduz” yarışmasından sonra təhsilimlə əlaqədar olaraq yaradıcılığıma fasilə verdim, indi isə yenidən sənətimə start verirəm. Məhz buna görə də prodüser Roland Bayramovla işləməyə qərar verdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqili teatr aktrisası” fakültəsində xalq artisti Afaq Bəşirqızının tələbəsi olmuşam. Bundan başqa təhsili 2012-2013-cü illərdə Moskvada davam etdirmişəm. Bu gün isə sözləri, aranjimanı Nadir Nəğdpula, musiqisi Kazım Cana məxsus “Canım” adlı yeni mahnımı dinləyicilərin ixtiyarına verirəm. Düşünürəm ki, bu mahnı şou-biznesə qayıdışımda mənə uğur gətirəcək və insanlar tərəfindən seviləcək”.

4 0808 dəfə oxunub.
Digər xəbərlər

25-03-2017, 01:53
Tolik əkizlərlə işbirliyinə son qoydu
28-11-2019, 07:39
Dövlət Agentliyindən ittihama cavab: Nəqliyyat Nazirliyinin işidir - Dövlətin pulunu kim yeyib?
5-06-2016, 21:35
Ağdaşda zəlzələ oldu
17-01-2017, 14:16
Yağış yağacaq
29-11-2018, 17:16
Bu meyvəni yeyən qadınlar hamilə qalır - Alimlərdən tövsiyə
6-03-2016, 00:54
Gürcüstan-Rusiya avtomobil yolu bağlandı
15-05-2016, 23:17
İŞİD Yəmənə hücum etdi: 41 ölü
29-12-2016, 11:42
Yol polisindən sürücülərə bayram - Xəbərdarlığı
3-12-2018, 13:37
Selfi psixi pozuntudur - Psixoloq qorxunc faktlar açıqladı
3-04-2017, 22:56
AZƏRBAYCANLI PRODÜSERDƏN YENİ – FOTOSESSİYA