Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİQQƏT! Ayda 80-100 manat ödəməklə mənzil ala biləcəksiniz
Tarix: 02-08-2016 | Saat: 14:47
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

DİQQƏT! Ayda 80-100 manat ödəməklə mənzil ala biləcəksiniz

Vahid Əhmədov: “Müraciət edən hər kəs o şərtlər daxilində mənzillə təmin olunacaq”
Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrasına başlayır. Agentlikdən verilən məlumata görə, artıq ilk şəhərciyin salınacağı ərazi müəyyən edilib. Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə tikiləcək. Nazirlər Kabinetinin qərarı ilə sözügedən ərazi Dövlət Agentliyinin tabeliyində olan və çoxmənzilli binaların tikintisinin sifarişçisi qismində çıxış edən MİDA MMC-nin sərəncamına verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Bizimyol.info saytına açıqlamasında bildirib ki, burada “sosial evlərin” tikilməsindən söhbət gedir. “Aztəminatlı ailələri evlə təmin etmək, mənzil şəraitinin yaxşılaşdırılması üçün cənab prezidentin xüsusi göstərişi olub və belə bir agentlik yaradılıb. Hazırda ilk layihəyə başlanılır. Mənzillərin hansı şərtlərlə müəyyənləşdirilməsi hələlik müəyyənləşməyib. Ancaq bizim aldığımız məlumata görə, aylıq ödəmə çox aşağı səviyyədə olacaq. Təxminən 80-100 manat məbləğində aylıq ödənişlər 25-30 illik nəzərdə tutulub. Bu, əsasən, yaşayış səviyyəsi aşağı olan, ailə vəziyyətində problem olan insanlara şamil ediləcək. Yəni aztəminatlı ailələrin mənzillə təmin edilməsi üçün atılan addımdır”.
Vahid Əhmədov deyir ki, proqram kütləvi şəkil alacaq. “İlk layihə Yasamalda başlayıb, amma digər ərazilərdə, rayonlarda da reallaşdırılması nəzərdə tutulub. Bu məsələdə problem olmayacaq və müraciət edən hər kəs o şərtlər daxilində mənzillə təmin olunacaq.”

Qeyd edək ki, vətəndaşların əlverişli şərtlərlə əldə edəcəyi mənzillərin tikilməsi planlaşdırılan ərazinin seçilməsi zamanı insanların rahat yaşayışı üçün zəruri olan bütün amillər nəzərə alınıb. Agentliyin məlumatında bildirilir ki, ilk güzəştli mənzillərin inşa olunacağı ərazi Yasamal rayonunda şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşir. Bu əraziyə bitişik şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Eyni zamanda, seçilmiş ərazinin paytaxtın əsas iş yeri mərkəzlərinə yaxınlığı insanların çox vaxt itirmədən öz iş yerlərinə çatmasına imkan verəcək. Bu məqsədlə şəhərciyin salınacağı ərazidə yeni təşkil ediləcək nəqliyyat sisteminin Bakı şəhərinin mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası da layihə çərçivəsində nəzərə alınacaq.

Şəhərcikdə çoxmənzilli binalarla yanaşı vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə məişət və xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.

Seçilmiş ərazidə çoxmənzilli binaların tikintisinə başlanılması üçün artıq şəhərsalma əsaslandırılmasının hazırlanması başa çatmaq üzrədir. Tezliklə tikintinin işçi layihəsinin hazırlanmasına başlanılacaq və layihələndirmə işləri bitdikdən sonra dərhal inşaata start veriləcəkdir. Artıq mühəndis-kommunikasiya sistemlərinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə texniki şərtlərin alınması işlərinə başlanılıb. İnşa olunacaq binalar yaşayış üçün zəruri olan rabitə və kommunal xidmətləri ilə tam təmin olunacaq. İlkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.
Agentlik vətəndaşların güzəştli şərtlərlə mənzil ilə təmin edilməsini nəzərdə tutan vəzifələrin layiqincə yerinə yetirilməsini və bu layihənin uğurla reallaşdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.


Xəbəri paylaş

1 4778 dəfə oxunub.

Digər xəbərlər
4-11-2018, 12:07 Tramp səfəri ləğv etdi

bütün xəbərlər
____ Instagram ___