Sefilyan: “Mən prezidentlə görüşməyincə binanı azad etməyəcəklər”
Tarix: 31-07-2016 | Saat: 10:53
Bölmə:Karusel / Dünya | çapa göndər
Həbsdə olan erməni müxalifətçi Jirayr Sefilyan iddia edir ki, İrəvandakı silahlılarla bağlı məsələnin nizamlanması üçün o polis alayını ələ keçirmiş silahlı qrupla və prezident Serj Sarkisyanla ayrı-ayrılıqda görüşlər keçirməlidir.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Sefilyanın yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, polis binasını ələ keçirmiş silahlılar məhz Jirayr Sefilyanı azadlığa buraxılmasını tələb edirlər.
Sefilyan yaranmış vəziyyətin nizamlanmasında orta məxrəcə gəlmək üçün prezidentlə görüşməsinin vacib olduğunu qeyd edib: “Prezident Serj Sarkisyan mövqeyini dəyişməyib və yalnız bir fikirdə israrlıdır: mənimlə görüşmək üçün əvvəlcə silahlı qrup təslim olmalıdır. Mən əvvəlcə uşaqlarla (silahlı qrupun üzvləri-red.), daha sonra Sarkisyanla görüşməliyəm, bunun nəticəsində onlar silahı yerə qoya bilərlər. Amma mən prezidentlə görüşməyincə polis binasını azad etməyəcəklər”.
Xəbəri paylaş
6838 dəfə oxunub.
Digər xəbərlər

7-04-2015, 15:19
İlham Əliyev: Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdırlar – FOTO
13-02-2018, 12:50
Bakıda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
17-11-2015, 17:01
Gizli ərə gedən "Pişik" Günel həyat yoldaşı ilə
2-07-2015, 09:34
Kupçasız evlərdən xəbər gəldi
2-11-2016, 13:38
ANAMA-nın binasındakı liftdə QƏZA: 8 yaralı
6-08-2021, 10:12
Türkiyədə ağır qəza - 9 ölü, 30 yaralı - VİDEO - FOTO
6-10-2017, 15:09
Türkiyəli müğənni Zaura əsəbiləşdi: "Dəlidir bu"
15-12-2015, 16:42
Azərbaycanda intihar etmək istəyən kişi öz cinsiyyət orqanını kəsdi
12-12-2022, 17:16
Azərbaycan bayrağı Xankəndi yolunda dalğalandı - FOTO