Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda kişi qızı və gəlinini polisə şikayət etdi - ŞOK SƏBƏB/FOTOLAR
Tarix: 30-07-2016 | Saat: 12:20
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda kişi qızı və gəlinini polisə şikayət etdi - ŞOK SƏBƏB/FOTOLAR

Binəqədi rayon ərazisində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı "Sarı qaya" pansionatında qonşu qonşunun evini qarət edib.

"Xəbəraz.az " musavat.com-a istinadən bildirir ki,"Sarı qaya" pansionatında məskunlaşan Ələsgər Bağırovun evindən oğurluq edilməsi barədə məlumatı Daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə qonşusu İnqilab Həsənov verib. Polisə zəng vuran Həsənov bildirib ki, qonşusu Ələsgər ailəsi ilə birlikdə şəhərdə olsa da qapısı açıqdır. Hadisə yerinə gələn Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları əl-barmaq izləri götürüb və ətrafda yaşayan qonşularla söhbətlər aparmaq qərarına gəlib. Araşdırmalar zamanı oğurluq hadisəsinin polisə zəng vuran İnqilab Həsənovun qızı Pərvanə, gəlini Aysel və nəvəsi Cavid tərəfindən törədilməsi məlum olub. Daşı ətəyindən tökən Cavid Həsənov olub. Cavid xalası Pərvanə və dayısı arvadı Aysel tərəfindən yoldan çıxarıldığını bildirdikdən sonra saxlanılaraq polisə gətirilən Pərvanə də törədikləri oğurluq hadisəsini etiraf edib. Pərvanənin sözlərinə görə qonşuluqda yaşayan Ələsgərin evində qızıl olduğunu ona qardaşı arvadı Aysel deyib. Bundan sonra onlar Ələsgər Bağırovun evinin boş qalmasını gözləyiblər.

Planı cızdıqdan sonra Aysellə Pərvanə bu işə Cavidi də cəlb etmək qərarına gəliblər.

Üçlük əvvəlcə oğurladığı qızılları satmaq istəyib. Aysel oğurluq malı 3 yerə bölməyi təklif edib.

Pərvanənin atası İnqilab Həsənov qonşunun qapısının açıq olduğunu görüb polislə əlaqə saxlayanda üçlük oğurluq qızılı həyətdə qumun altında basırıb. Oğurluq qızılların harada basdırıldığını polisə Cavid Həsənov göstərib. Saxlanılan Cavidlə Pərvanə Həsənova şeytan tərəfindən aldadıldıqlarını bildirərək peşiman olduqlarını deyiblər.

Cavidlə Pərvanədən fərqli olaraq Aysel Həsənova əməliyyatçıları baş vermiş hadisədə iştirak etmədiyinə inandırmağa çalışıb.

Aşkar olunan faktla əlaqədar Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Bakıda kişi qızı və gəlinini polisə şikayət etdi - ŞOK SƏBƏB/FOTOLAR

Bakıda kişi qızı və gəlinini polisə şikayət etdi - ŞOK SƏBƏB/FOTOLAR


Xəbəri paylaş

9868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___