Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zavodda partlayış nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-1
Tarix: 26-07-2016 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zavodda partlayış nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-1

Şirvanda baş vermiş partlayışda xəsarət alan 12 nəfər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-nın yerli bürosuna bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilir.
***
17:02
. Şirvanda baş vermiş partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına 11 xəsarət almış şəxs çatdırılıb.

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

Təcili yardım briqadaları hadisə yerində işini davam etdirir.
***
16:58
Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayış nəticəsində xəsarət alan 6 nəfər ilkin olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, onların vəziyyəti ağırdır. Hazırda təcili yardım briqadaları hadisə yerindədir. Köməyə ehtiyacı olan yaralıların xəstəxanaya gətirilməsi davam etdirilir. Bildirilib ki, yaralı sayının artacağı istisna edilmir.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___