Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yaşayış binası yanır: Sakinlər təxliyyə edilib
Tarix: 26-07-2016 | Saat: 00:14
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda yaşayış binası yanır: Sakinlər təxliyyə edilib

Təxminən bir saat əvvəl Bakının Yeni Günəşli qəsəbəsi, massiv “V”, bina 1 ünvanında yanğın başlayıb

Binanın 5-ci mərtəbəsindəki mənzildə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

Qurumun mətbuat xidmətinin rəhbəri Oktay Bayramov bir neçə dəqiqə əvvəl modern.az saytına açıqlamasında bildirib ki, yanğın 9 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib: “2 otaqlı, 50 kvadratmetrlik mənzil tamamilə yanıb. Tüstü bloka dolduğundan bina sakinləri təxliyyə edilib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Yanğının södürülüməsi davam etdirilir. Yanğın səbəbi araşdırmalardan sonra açıqlanacaq”


Xəbəri paylaş

1 1188 dəfə oxunub.

Digər xəbərlər
19-03-2019, 18:40 Nazarbayev istefa verdi

bütün xəbərlər
____ Instagram ___