Sumqayıtda qarajda meyiti tapılan sevgililərin acı hekayəsi +FOTOSU
Tarix: 24-07-2016 | Saat: 18:23
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbər verdiyimiz kimi, Sumqayıtda maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin “3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.
Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.
Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.
Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.
Hadisə ilə bağlı bəzi təfərrüatlar əldə edilib.
Həmin gün Kənan Sevinci qaçıraraq evə gətirmək istəyib. Amma oğlanın ailəsi buna qarşı çıxaraq, Kənana qızı öz evlərinə qaytarmağı tapşırıb. Ailə qızı qəbul etmədiyinə görə cütlük sığınacaq kimi qarajdakı maşını seçib.
Qeyd edək ki, Sevinc Mütəllimova Kooperasiya Universitetinin 2-ci kurs tələbəsidir. Kənan isə Ukraynada təhsil alıb.
Xəbəri paylaş
9348 dəfə oxunub.
Digər xəbərlər

18-07-2016, 17:35
Tolik qərar VERDİ: Bədənini dəyişir – FOTO
23-10-2018, 13:47
Səudiyyəli jurnalistin cəsədi quyudan tapıldı
29-04-2016, 12:53
Rusiya Xəzərdə gizli raketini sınaqdan çıxardı
26-06-2015, 10:21
Prezident İlham Əliyev: Rədd olsunlar bizim torpaqlarımızdan!
18-02-2017, 00:54
Türkiyədə daha bir terror aktı - 3 yaşlı uşaq öldü, 15 yaralı
3-01-2017, 17:38
Oğul anasını döyüb öldürdü - Gədəbəydə
31-08-2015, 12:54
Tələbəsindən Vahabzadə ilə bağlı xoş olmayan xatirə
9-03-2016, 11:01
Neft bahalaşır: son ayların ən yüksək qiymətinə çatdı
19-09-2018, 16:26
Azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı yaxaladı sonra oğlanı zorladı - Cəlilabadda iyrənc cinayətin TƏFƏRRÜATLARI
17-03-2018, 11:58
11-ci sinif şagirdi özünü güllələdi-Şəkidə