Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metropoliten rəhbərliyi ilə icra başçıları arasında ərazi davası
Tarix: 23-07-2016 | Saat: 15:33
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Metropoliten rəhbərliyi ilə icra başçıları arasında ərazi davası


Metro stansiyalarının ətrafında hər hansı br köşk, yaxud dönərxana, ictimai-iaşə obyekti açılan kimi Metropoliten rəhbərliyi ilə ərazinin aid olduğu rayon icra hakimiyyəti arasında münaqişə yaranır.

Metropoliten rəhbərliyi əsaslandırmağa çalışır ki, metro stansiyalarının ətrafındakı 25 metrlik ərazi bu quruma aiddir. Və qurumun icazəsi olmadan həmin ərazidə nəsə inşa etmək olmaz.

Rayon icra hakimiyyətləri isə Metropoliten rəhbərliyini bu iddiasını nəzərə almadan həmin 25 metrlik ərazidə müxtəlif obyektlərin açılmasına qanunsuz sərəncam verir. Belə olan halda hər iki qurum arasında münaqişə, hətta dava düşür.
Bu yaxınlarda Xətai metro satansiyasının düz çıxışında yeni bir dönərxana istifadəyə verildi. Elə həmin gün vətəndaşların gözü qarşısında Xətai icra nümayəndəsi ilə Metropoliten nümayəndəsi bir-birinə xoşagəlməz ifadələr söyləyirdi.
Əlbəttə söhbət qanunçuluğa əməl etməkdən deyil, obyekti açmaq üçün verilən rüşvətin necə bölünməsindən gedir.
Adının çəkilməsini istəməyən Metropoliten işçisi NUH.az-ın əməkdaşına bildirib ki, metrostansiyalarının 25 metrlik ətrafı xırda iaşə obyektləri ilə elə hörülüb ki, sabah metro satansiyasında hər hansı bir yanğın baş versə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bura necə daxil olacaq..?
Doğrudan da haqlı sualdır. Qoy bu suala hər iki qurumun rəhbərliyi aydınlıq gətirsin.

NUH.az


Xəbəri paylaş

8318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___