Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ATV-nin prezidenti yaxın dostu və bir neçə vəzifəli şəxsi işdən çıxardı
Tarix: 22-07-2016 | Saat: 21:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

ATV-nin prezidenti yaxın dostu və bir neçə vəzifəli şəxsi işdən çıxardı

“Azad Azərbaycan” telekanalında bir neçə rəhbər şəxs və işçilər vəzifəsindən azad olunub.

"Xəbəraz.az " xəbər verir ki, telekanalın adının bilinməsini istəməyən əməkdaşının bizimyol.info-ya verdiyi məlumata görə, “Azad azərbaycan” telekanalının Avtonəqliyyat departamentinin rəhbəri Rəcəb Vəliyev, “ATV” prezidenti Vüqar Qaradağlının əmri ilə işindən azad olunub. Eyni zamanda həmin departamentin koordinatoru Rasim Məmmədov və departamentin baş buğaltırı Rəşid Əliyev tutduqları vəzifədən azad olunublar. Bununla yanaşı “ATV”-nin rejissoru Tahir Xəlfəquliyev də işindən azad olunub. Onun əvvəllər “Səni axtarıram” proqramında fəaliyyət göstərdiyi, veriliş “ATV” kanalında dayandırıldıqdan sonra, “ATV”-nin prezindenti Vüqar Qaradağlıya proqram barədə lazımı məlumatları çatdırdığı üçün işində saxlanıldığı, bü günlərdə isə işindən azad olunduğu bildirilir.

Mənbənin verdiyi digər məlumata görə, işdən qovulan departament rəhbəri Rəcəb Vəliyev “ATV”-nin prezidenti Vüqar Qaradağlının yaxın dostu imiş. O departamentə işçiləri işə qəbul edərkən qanunsuzluqlara yol vermiş, telekanalın avtonəqliyyat xidmətini yararsız vəziyyətə gətirdiyinə və işçilərə normal şərait yaratmadığına görə, telekanalın bir neçə rəhbər işçiləri ilə birgə vəzifəsindən azad olunub.

Qeyd edək ki, “ATV’ kanalının prezindeti Vüqar Qaradağlı bundan əvvəl də telekanalda fəaliyyət göstərən dostları, vitse prezident Məqsəd Nur və Yaşar İsmayılovu da gözlənilmədən vəzifələrindən azad etmişdi.


Xəbəri paylaş

1 5328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___