Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mətbəxin ölümə aparan ən ziyanlı əşyası
Tarix: 20-07-2016 | Saat: 02:03
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Mətbəxin ölümə aparan ən ziyanlı əşyası

Son illər bütün evlərə ayaq açan, gənc ailələrin mətbəxlərində əsas yerdə duran mikrodalğalı soba guya ki, işimizi asanlaşdırıb, əlimizdən tutur. Əslində bu mətbəxdə və həyatımızda özünə yer etmiş ən zərərli texnikadır. Xüsusən övladlarınızı bu əşyadan maksimum uzaq tutun. Uşaq yeməklərini onda qızdırmayın!

Deyilənə görə, onu SSRİ-də qadağan etmişdilər. Çünki sovet alimləri bu əşyanın xeyrindən çox zərərli olduğunu bilirdilər.

Mikrodalğalı sobanın fəsadları və orqanizmimizə ziyanı:

Mikrodalğalı soba ərzaqların, qidanın daxili strukturunu ani olaraq dəyişir.
Süd və paxlalı yeməklərdə konsaragen maddələr yaradır ki, bu da xərçəngə səbəb olur.
Qidanın mədədə həzmini çətinləşdirir.
Qidanın kimyəvi tərkibini dəyişir, bu da limfa sisteminə mənfi təsir edir.
Qanda leykozu artıran maddələr yaradır.
Mədə-bağırsaq divarına mənfi təsir edir, hüceyrələrin təbii degenerasiyasını pozur, bu da polip və şişlərə yol açır.
Yeməkdə, ərzaqda olan B qrup vitaminlərini, mineralları məhv edir.
Ət yeməklərinin burada qızdırılması biomolekulyar birləşmələri, proteini dağıdır, zərərli kimyəvi birləşmələr yaradır.
Araşdırmalara görə, müntəzəm olaraq, mikrodalğalı sobadan istifadə edən insanların statistikasında mədə-bağırsaq onkoloji xəstəlikləri çoxdur.
Bu cür qızdırılmış yeməklər orqanizm tərəfindən yetərincə həzm olunmur, təbii həzm və ifrazat sistemi pozulur.
Mikrodalğalı sobada işıq dalğaları təsiri ilə az qala kosmik sürətlə isidilən yemək 97 faiz dəyərini itirir. O gücdə işıq molekullarının yemək və ərzaq molekullarını nə dərəcədə dəyişməsini təsəvvür etmək belə qorxuludur. Orda ərzağın, ətin buzunun belə açılması də təhlükəlidir.
Həmişə istənilən yeməyin mikrodalğalı sobada qızdırıldıqda dadının dəyişdiyini, içinin "şişdiyini”, tamının pis olduğunun fərqinə varmışdım. Və mikrodalğalı sobada qızdırılan yeməklərdən imtina etmişəm. Bu gün hər dəqiqə mikrodalğalı sobada yemək qızdırıb, uşaqlara verməklə övladlarınızın səhhətini təhlükə altında qoyub, onların həzm sistemini körpəlikdən pozursuz. Çalışın yeməklərinizi dədə-baba üsulu ilə qaz üzərində, tavada, qazanda qızdırın.
Mikrodalğalı sobanı isə düşünmədən ata bilərsiz. Mikrodalğalı sobanın nəinki içi, hətta ətrafı da radiaktivdir. Belə olmasaydı, həkimlər dərmanların mikrodalğalı soba yanında, üzərində saxlanmasının əleyhinə olmazdı. Deməli burda nəsə var. Nəsəni isə biz yazdıq. Qərar vermək sizdən. Ömrünüzü və sağlamlığınızı mikrodalğalı sobaya sərf etməyə dəyərmi?sufrem.az



6128 dəfə oxunub.

Digər xəbərlər
22-11-2015, 16:09 Qonaq getdiyi evdə öldü

bütün xəbərlər
____ Instagram ___