Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda dəhşətli QƏZA: Yük maşını avtobusa çırpıldı - FOTOLAR
Tarix: 19-07-2016 | Saat: 23:53
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda dəhşətli QƏZA: Yük maşını avtobusa çırpıldı - FOTOLAR

Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

"Xəbəraz.az "-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Aeroport yolunda baş verib. “Shacman” yük avtomobili 184 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Xəsarət alanlar ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıblar. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Shacman” yük maşının sürücüsünün sərxoş olması olub. Sürücü hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən içki müayinəsinə aparılıb.

Qəza nəticəsində “Shacman” yük maşının kabinəsi ciddi deformasiyaya uğrayıb.

Qəzadan sonra nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə cəlb olunmuş əlavə polis qüvvəsi sıxlığı qısa müddət ərzində aradan qaldırıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda dəhşətli QƏZA: Yük maşını avtobusa çırpıldı - FOTOLAR

Bakıda dəhşətli QƏZA: Yük maşını avtobusa çırpıldı - FOTOLAR


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___