Balakəndə xüsusi əməliyyat keçirilib, polis müqavimət göstərənlərə silah tətbiq edib
Tarix: 18-07-2016 | Saat: 13:32
Bölmə:Karusel / Hadisə | çapa göndər
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonunun Katex kəndində rayon sakini Akin Şabanov 315 qram marixuananı satarkən tutulub.
Katex kəndində A.Şabanova narkotik vasitəni vermiş Hənifə kənd sakini Kamil Məmmədov iyulun 16-da saat 01 radələrində tutularkən, o, idarə etdiyi “Nissan” markalı avtomobillə polis əməkdaşlarına məxsus xidməti avtomobilləri vurub qaçmağa cəhd göstərib. Bu zaman polis əməkdaşlarından biri xidməti silahdan 1 dəfə atəş açaraq K.Məmmədovun idarə etdiyi avtomobilin arxa təkərini deşib.
K.Məmmədov tutulub və idarə etdiyi avtomobilə baxış zamanı 522 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə Balakən rayon sakini Mətləb Yusifovun yaşadığı evə baxış zamanı 8,42 qram marixuana aşkar edilərək götürülüb.
Xəbəri paylaş
9128 dəfə oxunub.
Digər xəbərlər

30-09-2016, 10:00
Bakı Bolqarıstanla memorandum imzaladı - Foto
22-05-2018, 13:22
Əlyazmalar İnstitutunun direktor müavini haqqında səsləndirilən tənqidi fikirlərə aydınlıq gətirildi- Yalan məlumatdı, qızım belə fikirlər səsləndirməyib
8-02-2022, 16:07
“Yeni İctimai Nəzarət Şurası”nın rəhbəri həbs edildi
15-10-2015, 13:19
Ziya Məmmədovun daha bir səlahiyyəti alınıb Ramil Usubova verildi
18-06-2016, 11:57
Gənc aktyor intihar etdi
24-09-2023, 09:14
Əhali arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ - VİDEO
26-08-2015, 01:13
Marsda naməlum kosmik gəmi tapıldı – Foto
24-05-2016, 23:37
Dumada deputatlar kef edir – Fotolar
21-04-2016, 11:48
“Əgər istəsəm, seçkini satın alaram” - Tramp
11-03-2016, 13:36
Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirildi - NƏTİCƏLƏR