Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Hüseynovun doğum günüdür
Tarix: 17-07-2016 | Saat: 01:47
Bölmə:Karusel / Gündəm / M2 / Məşhurların Taleyi | çapa göndər

Elmar Hüseynovun doğum günüdür




Bu gün tanınmış jurnalist, müəmmalı şəkildə qətlə yetirilən "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür.

"Xəbəraz.az " xəbər verir ki, Elmar Sabir oğlu Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub.

1983-cü ildə Əzizbəyov (indiki Xəzər rayonu) rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub.

O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra "Monitor” jurnalını təsis edib.

2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi.

Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib. Jurnalistin qatilləri indiyədək tapılmayıb.

Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan fond yaradılıb. Fonda mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova rəhbərlik edib. Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarından oğlu Aslanla birgə Norveçdə yaşayır.


Xəbəri paylaş

7278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___