Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Türkiyədə baş verənlərin əsas səbəbi..." — Politoloq
Tarix: 16-07-2016 | Saat: 15:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Türkiyədə baş verənlərin əsas səbəbi..." — Politoloq

Türkiyədə əhalinin müəyyən hissəsi arasında iqtidardan narazılıq var idi. Bu narazılığın kökündə də Ərdoğanın ölkədə parlamentar üsul idarəsini dəyişdirib prezident üsul idarəsini tətbiq etməsi dururdu".

"Xəbəraz.az "xəbər verir ki, bu fikirləri Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi şərh edən politoloq Qabil Hüseynli səsləndirib. Q.Hüseynli bildirib ki, Ərdoğanın Suriya qaçqınlarına vətəndaşlıq verməsiylə bağlı qərarı ona olan inamı sarsıtmışdı:

"Bu məqsədlə referenduma hazırlaşırdılar. Hətta müxtəlif addımlar da atılması da planlaşdırılırdı. Məsələn, Suriyadan Türkiyəyə qaçmış və içərisində xeyli sayda kürdün də olduğu 2.8 milyon suriyalı haqda Ərdoğanın bir deyimi var idi. Bu deyim Türkiyədə münasibətləri xeyli gərginləşdirdi. Türklərin öz təbirincə desək, bardağı daşıran son damla oldu. Adamlar öz ölkəsində iş tapa bilmədiyi halda, Ərdoğan 3 milyona yaxın əhalini vətəndaşlığa qəbul etmək istəyir. Bunun da niyyəti 2 milyon səs almaq idi. Bu narazılıq ordunun içərisinə də siraət etmişdi və onlar da Ərdoğanın bir sıra uğursuz ekspermetnlərinə göz yuma bilmirdilər. "Paralel yapı", "Ergenekon" adı altında 200-ə yaxın general, admiral, yüksək rütbəli hərbiçiləri zindana salmışdı. Onlar üzərində qurulan məhkəmə bir neçə il davam etdi. Polisin özünə qarşı da "Paralel yapı" adı altında xoşagəlməz şeylər olmuşdu. Təsəvvür edin ki, bir gündə Türkiyəninn 81 vilayətinin polis rəisi dəyişdirilmişdi. Bunları hamısının Fətullah Gülənin adamı olması ağlabatan deyil".

Politoloq bildirib ki, Ərdoğanın türk mediasına qarşı olan münasibəti, həmçinin parlament sədrinin son çıxışları da insanlarda narazılıq yaradıb:

"Ardınca "Cümhuriyyət"in baş redaktoruna, köşə yazarlarına qarşı məhkəmə davaları və bu kimi digər əcinnə ovuna çıxmaq xarakterli hərəkətləri, eyni zamanda dini təriqətlərə geniş meydan verilməsi, ölkənin dinə doğru yuvarlanması çox şeydən xəbər verirdi. Yeni və çox da qəribə koloriti olan parlament spikeri parlament tribunasından deyir ki, biz dini konstitusiya qəbul etməliyik. Bütün bunlar həm cəmiyyətin Atatürkçü kəsimində, həm də müttəfiqləri arasında böyük əndişə yaratmışdı. Ərdoğan Rusiya və İsraillə barışsa da, Ərdoğan fenomeni ən azından NATO dünyasında qəribə bir assosiasiya doğurmaqda idi. Bu gecə də hərbçilərin bir qismi hərəkətə gəldilər və dövlət i etmək istədilər".

Politoloq "sizcə növbəti cəhd olacaqmı" sualını belə cavablandırıb:

"Növbəti cəhdlər haqqında bir şey deyə bilmərəm, amma bu, həqiqətən də dövlət çevrilişinə cəhd idi. Çünki neçə tank diviziyası, helikopterlər, xeyli əsgəri qüvvə iki körpünü bağladı, valiliyi ələ keçirdi, baş qərargah rəisini və bütün qüvvə komutanlarını həbs etdilər. Sadəcə, bunlar xalqın fəallığı nəticəsində məğlub oldular. Bu qələbəni Ərdoğanı, yaxud kiminsə ayağına yazmaq lazım deyil. Xalq, xüsusən Atatürkçü kəsim ayağa qalxdı, ordunun qarşısında dayandı, ordu onlardan bir neçəsinə güllə atsa da, gördülər ki, meydanlar doldu. Yalnız meydan dolandan sonra Ərdoğanın çağırışı oldu və "Allahu əkbər" qışqıran bir neçə nəfər də meydana gəldi. Onların demokratiya Atatürkçü dünyəvi dövlət quruluşundan xəbəri yox idi. Bu dəfə xalq ölkədə çevrilişin baş verməsinə imkan vermədi. Komutanlar da xalqa atəş açmağa ürəkləri gəlmədi və nəticədə məğlub oldular, hərbi çevriliş baş tutmadı. Bəziləri deyirlər ki, bu prezident seçkiləriylə bağlı Ərdoğanın qurduğu oyun idi. Əksinə, bu, Ərdoğanın prezident seçkiləriylə bağlı qurduğu oyuna etiraz idi. Bu bir daha göstərdi ki, türk ordusu xalqını sevən ordudur, bir neçə ölüm hadisəsin istisna etməklə, xalqa atəş açmadı. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, həm CHP, həm də MHP hərbi çevrilişin əleyhinə idi və onların nümayəndələri də meydandaydı. AKP-nin nümayəndələri isə qaçıb gizlənmişdi".



5008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___