Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Eşitdim ki, Suriyada ailəli şəxslərə 450 dollar verirlər, mən də getdim" - MƏHKƏMƏ
Tarix: 15-07-2016 | Saat: 19:24
Bölmə:Karusel / Hadisə | çapa göndər

"Eşitdim ki, Suriyada ailəli şəxslərə 450 dollar verirlər, mən də getdim" - MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Vladimir Marfinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
Rufan Ağcabəyov ifadəsində deyib ki, Suriyaya döyüşmək niyyəti ilə getməyib, yalnız humanitar yardım verildiyi üçün orda yaşamaq istəyib: "Eşitdim ki, orda yaşamaq üçün hər adama 200-250, ailəli şəxslərə isə 450 ABŞ dolları miqdarında pul verirdilər. Mən orda 3 ay 9 gün qaldım. Yaralılara kömək edirdik, meyitləri basdırırdıq. Orda azərbaycanlılar, almanlar və digər millətlərin icması vardı. Azərbaycanlılar bir məntəqədə qalırdı. Onları Azad Suriya Ordusu qoruyurdu. Kim döyüşə getmək istəyirdisə, ərəblərin yanına gedirdi və onu silah-sursatla təmin edirdilər. Yəni, məcburiyyət yox idi. Biz mühacir idik. Bizə silah verilmirdi. Əvvəllər tanıdığım Xalid isə orda döyüşürdü. Azərbaycana 2014-cü ilin yay aylarında gəldim. Ora gedən azərbaycanlıların çoxu döyüşlərdə iştirak edib, hətta ölüblər. Mənimsə məqsədim döyüşmək yox, ora gedib yaşamaq olub, çünki təşkilatlar bizə yaşamaq üçün yardımlar göstərirdilər. Məni orda "Əbu Mücahid" adı ilə çağırırdılar”.


O, ibtidai istintaqa verdiyi ifadələri təkzib edib.

Vladimir Marfin də ifadəsində Suriyaya humanitar yardıma görə getdiyini qeyd edib: "Mənə Suriyada döyüşmək təklif olunsa da, bundan imtina etdim. Suriyada təxminən 6 ay qalmışam. Orda humanitar yardım şirkətində müqavilə əsasında işləyirdim. Orda məni "Əhməd" ləqəbi ilə çağırırdılar. Lakin heç vaxt döyüşlərdə iştirak etməmişəm".


Proses iyunun 26-sı saat 11-də davam etdiriləcək.

Qeyd edək ki, Rufan Ağcabəyov və Vladimir Marfin bir qədər əvvəl ləğv olunan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər.

İttihama görə, Rufan Ağcabəyov və Marfin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunur.


Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
15-09-2017, 21:51 Eşq

bütün xəbərlər
____ Instagram ___