Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda vahid çimərlik standartları olacaq
Tarix: 15-07-2016 | Saat: 14:41
Bölmə:Karusel / M2 | çapa göndər

Azərbaycanda vahid çimərlik standartları olacaq

“Azərbaycanda vahid çimərlik standartları hazırlanıb təısdiqlənməlidir”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novxanıda nümunəvi çimərliyin açılışında deyib.

Onun sözlərinə görə, gələcəkdə yay mövsümündə çimərlikdə xidmət göstərmək istəyənlər müqavilə bağlayarkən mütləq standartlara əməl etməlidirlər.

Nazir bildirib ki, nümunəvi çimərliyə Bolqarıstan, Gürcüstan, Almaniya və digər ölkələrdən turistlər gəlir: “Nümunəvi çimərlik standartları təsdiqləndikdən sonra bütün yerli icra hakimiyyəti orqanlarına tövsiyə olunacaq. Bu gün qarşıda duran əsas məsələ Azərbaycanın beynəlxalq çimərlik standartlarına qoşulmasıdır. Dünyada böyük bir mavi çimərlik hərəkatı var. Mavi çimərliklərdə bütün standartlara əməl olunur. Biz istəyirik ki, Azərbaycan da bu hərəkəta qoşulsun. Bunun üçün isə müəyyən standartlar işlənməlidir”.

Ə.Qarayev turistlərin Azərbaycanda internet xidmətlərinin zəif olması ilə bağlı şikayətlərinin araşdırıldığını da qeyd edib.

Nazir qeyd edib ki, çimərlikdə standartlara uyğun bütün tədbirlər görüləcək: "Geyinib, soyunma yerləri, sanitar qovşaqları yüksək tələblərə cavab verəcək". (“Report”)


Xəbəri paylaş

5748 dəfə oxunub.

Digər xəbərlər
11-11-2017, 12:28 Sabaha olan hava proqnozu

bütün xəbərlər
____ Instagram ___