Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DİN ölən polislə bağlı məlumat yaydı
Tarix: 13-07-2016 | Saat: 18:10
Bölmə:Karusel / Hadisə | çapa göndər

DİN ölən polislə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən Tovuz rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Xəbəraz.az "-a verilən məlumata görə, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşən istirahət mərkəzində dincələn Eyvaz Həsənov icarəyə götürdüyü kvadrotsikli idarə edərkən yıxılıb.

Müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Həsənovu xilas etmək mümkün olmayıb.

Hadisə zamanı E.Həsənovun həyat yoldaşı yanında olub.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən 1980-ci il təvəllüdlü polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___