Yeddi yaşlı uşağın ayağına armatur batdı
Tarix: 13-07-2016 | Saat: 00:47
Bölmə:Karusel / Hadisə | çapa göndər
Ağdamda 7 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət alıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndində baş verib. Kənd sakini 2009-cu il təvəllüdlü Bayramlı Rəvan Qədir oğlu qaçarkən yıxılıb. Nəticədə əlindəki uzunluğu 2 metrədək olan armatur R. Bayramlının sol bud nahiyəsinə batıb. Valideynləri dərhal Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin Xilasedicilərini və təcili tibbi yardımı köməyə çağırıblar.
Hadisə yerinə gələn xilasedicilər uşağın ayağını dəlib keçmiş armaturu kəsib qısaltdıqdan sonra yaralı təcili yardım maşını ilə Ağdam Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, R.Bayramlının ayağında qalan dəmir parçası çıxarılıb və hazırda uşağın həyatına təhlükə yoxdur.
Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır
Xəbəri paylaş
6378 dəfə oxunub.
Digər xəbərlər

23-08-2015, 14:31
Qadını şantaj edib pul alanda tutuldu
30-11-2015, 20:09
İlham Əliyev rumıniyalı həmkarını təbrik edib
30-03-2017, 13:10
Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkilib - VİDEO
6-04-2016, 13:25
Toyota və Microsoft "ağıllı avtomobil" yaradacaq
28-06-2016, 00:41
Donald Tramp 39 %, Hillari Klinton 51 %
17-07-2016, 14:47
Ermənistanda qiyam: Silahlı şəxslər Daxili Qoşunlar və polis binasını ələ keçirib, ölən və yaralananlar var - YENİLƏNİB, FOTOLAR
18-09-2015, 22:20
Mehriban Əliyeva ilə bağlı yeni sərəncam - Prezident nazirlərə də tapşırıq verdi (SİYAHI)