Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
DƏHŞƏT: Zorlanaraq öldürülən 15 yaşlı qızın qətlinin TƏFƏRRÜATI
Tarix: 12-07-2016 | Saat: 20:20
Bölmə:Karusel / Hadisə | çapa göndər

DƏHŞƏT: Zorlanaraq öldürülən 15 yaşlı qızın qətlinin TƏFƏRRÜATI

Türkiyədə 7 il sonra tükürpədici cinayətin üstü açılıb. Belə ki, 2008-ci ildə Sezgi adlı 15 yaşlı yeniyetmə sosial şəbəkədə tanış olduğu üç oğlan dostu tərəfindən qaçırılıb. Daha sonra “dostları” onu gecə ikən naməlum bir evə aparıblar.

"Xəbəraz.az " Hafta.az-a istinadən xəbər verir ki, Sezgi.K həmin manyaklar tərəfindən zorlanıb. Təcavüz səhərə qədər davam edib. Manyakları bununla da kifayətlənməyiblər. Sezgiyə narkotik maddə qəbul etdiriblər. Nəticədə, ağır zorakılıqlara dözməyən on beş yaşlı yeniyetmə on iki saat sonra dünyasını dəyişib. Cinayətkarlar izi itirmək üçün Sezginin cəsədini hamamda yuyublar. Daha sonra onu İsparta şəhərinə apararaq bir meşəyə atıb, qaçıblar.

32 saat sonra cəsədi polis tərəfindən meşədə tapılan 15 yaşlı yeniyetmənin əsl faciəsi isə ölümündən sonra başlayıb. Polis onu fahişə hesab edib və Sezgi İspartadakı kimsəsizlər məzarlığına dəfn olunub. Sezginin “fahişə” kimi dəfn olunmasına səbəb isə İspartada 18-19 yaşlarında bir fahişənin itkin düşməsi haqqında anonim telefon zəngi olub. Polis həmin itkin fahişəni Sezgi olduğunu zənn edib.

Sezginin ailəsi isə itkin düşən qızlarının axtarışına başlayıblar. Yeddiillik axtarışlardan sonra qızlarının cəsədinin qalıqlarını adıçəkilən məzarlıqda tapıblar. Təbii ki, DNT testinin müsbət cavabından sonra.

Sezginin vəkili Sibel Önderin sözlərinə görə, 7 ildən sonra Sezgini zorlayanlarla bağlı cinayət işi açılıb. 4 nəfər şübhəlinin də, istintaqda adı hallanıb. Onlardan biri qadın, üçü kişidir. Müttəhimlərdən biri narkotik qaçaqmalçılığından həbsdə olduğu halda, digər üçü hələ də azadlıqdadır. Daha doğrusu, onlardan biri artıq ötən il infarktdan dünyasını dəyişib. Bu Sezginin ölümündə günahlandırılan həmcinsidir. Digər bir nəfər isə məhkəmə salonuna çağırılıb. Bir nəfərdən isə hələ də səs–soraq yoxdur. Polis onun haqqında məlumatsız olduğunu bildirib.

İyulun 13-də isə Sezgi.K-nın qatillərinə hökm oxunacaq.


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___