Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha bir yenilik: "ASAN qatar" gəlir
Tarix: 12-07-2016 | Saat: 18:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda daha bir yenilik: "ASAN qatar" gəlir

Azərbaycanda yeni tətbiq olunacaq "ASAN qatar" sisteminin nə vaxt və neçə qatarla fəaliyyətə başlayacağı bəlli olub.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, yeni sistem bu ilin sonuna doğru fəaliyyətə başlayacaq:
"Dövlət başçısının göstərişinə uyğun olaraq, Bakı Vaqon Deposunda "ASAN qatar" sisteminin tətbiqi ilə bağlı 3 xüsusi vaqon hazırlanır. Vaqonlar 2016-cı ilin axırına qədər tam hazır olacaq. "ASAN qatar" növbəli qaydada ölkədə bütün istiqamətlərdə - həm şimal, həm cənub, həm şimal-qərb, həm qərb və cənub-qərb istiqamətlərində hərəkət edərək əhaliyə xidmət göstərəcək. İlkin olaraq qatarın 3 vaqondan ibarət olması nəzərdə tutulub. Vaqonlar bütün lazımi avadanlıqlarla təchiz olunacaq. Eyni zamanda vaqonlarda "ASAN xidmət"in işçiləri üçün bütün lazımi şərait yaradılacaq.
"Qeyd etməliyəm ki, "ASAN xidmət" mərkəzlərinə bu illər ərzində 10 milyon müraciət olub. Bu 10 milyon müraciət artıq özlüyündə bir göstəricidir. Mən bunu şərh etmək istəmirəm. Hamımız yaxşı bilirik ki, "ASAN xidmət"lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda, dördü bölgələrdə - Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir. Artıq yeni bir layihə - "ASAN qatar" sistemi də fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcək. Ümumiyyətlə, bu sahədə aparılan islahatlar öz səmərəsini verir".

Azərbaycanda daha bir yenilik: "ASAN qatar" gəlir


Xəbəri paylaş

8148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___