Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İranın Ermənistana dəstəyi olmasaydı, torpaqlarımızın işğalına son qoyulardı” - Partiya sədri
Tarix: 12-07-2016 | Saat: 11:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

“İranın Ermənistana dəstəyi olmasaydı, torpaqlarımızın işğalına son qoyulardı” - Partiya sədri

Ermənistanla İran arasında viza rejiminin ləğvi İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

“Necə olur ki, İran Fələstinlə bağlı İsrailə düşmən münasibətləri bəsləyir, amma Ermənistanla bağlı eyni dini daşıyan Azərbaycanla bir mövqedə dayanmır?”

Bu sözləri PİA.AZ-a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı dünən Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlı razılaşmanın təsdiq edilməsini şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi dünən yayılan məlumata əsasən İranın Nazirlər Kabineti Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlı razılaşmanı təsdiq edib. İclasa İran prezidenti Həsən Ruhani sədrlik edib. Qeyd edək ki, iyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıb. Sənəd Ermənistan parlamenti tərəfindən təsdiq olunub. Sənədə əsasən, İran və Ermənistan vətəndaşları viza olmadan 180 gün ərzində 90 gün digər ölkənin ərazisində qala bilərlər.
Fəzail Ağamalı: “İran da Türkiyə kimi uzun illərdən bəri Ermənistana təzyiq göstərsəydi və təzyiq indi də davam etsəydi qətiyyən şübhə etmirəm ki, Ermənistan fərqli durumda olardı”.
Millət vəkili qeyd edib ki, Azərbaycanla İran arasındakı münsaibətlərdə istiləşmə hiss olunur. Hər iki ölkə ciddi xarakter daşıyan müqavilələr var. Amma digər tərəfdən İran Azərbaycanın torpaqlarını işğal edən Ermənistana təzyiq etmir, əksinə Ermənistana işğalı davam etdirmək üçün nəfəs verirlər:

“Mən inanmıram ki, İranın Nazirlər Kabinetinin Ermənistanla İran arasında viza rejiminin ləğv etməsi Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərəcək. Hər halda biz İrandan Azərbaycana qarşı daha səmimi münasibətlər gözləyirik. Amma İran bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən, Azərbaycanın torpaqlarını 25 ildən çox işğal altında saxlayan Ermənistanla ən müxtəlif səviyyəli əməkdaşlıq qurur, münasibətlər yaradır. Həm də bu təkcə ticarət sahəsində deyil, eyni zamanda iqtisadi və siyasi xarakter daşıyan münasibətlər getdikcə güclənir. Digər tərəfdən də İran, Azərbaycanla qardaş ölkəyik, eyni dinin daşıyıcısıyıq, tarixi ənənələr söykənən münasibətlərimiz var kimi fikirlər səsləndirilər. Bu fikirlərə görə İranın zaman-zaman Ermənistana verdiyi siyasi, iqtisadi dəstək başa düşülən deyil.

Mən dəfələrlə demişəm indi də deyirəm ki, İran da Türkiyə kimi uzun illərdən bəri Ermənistana təzyiq göstərsəydi və təzyiq indi də davam etsəydi qətiyyən şübhə etmirəm ki, Ermənistan fərqli durumda olardı və çox böyük ehtimalla siyasi və iqtisadi blokada ilə üzləşən Ermənistan torpaqlarımızın işğalına son verərdi. Yəni Ermənistan indiki radikal mövqeyindən çıxış edə bilməzdi və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə razılıq verərdi. Lakin təəssüflər ki, İranda bu cür ənənəvi daxili siyasət var. Baxmayaraq ki, Azərbaycan cəmiyyəti İran prezidenti Həsən Ruhanidən İran-Azərbaycan, İran-Ermənistan münasibətləri ilə bağlı ciddi anlaşmalar gözləyirdi.

Fəzail Ağamalı: “Aparılan danışıqlar özünün konkret nəticələrin göstərməsə, son söz yenə də hərbi əməliyyatlarda, milli ordumuzun üzərindədir”.

Düzdür Ruhanının dövründə Azərbaycanla İran arasındakı münsaibətlərdə istiləşmə hiss olunur. Hər iki ölkə ciddi xarakter daşıyan müqavilələr var. Amma digər tərəfdən İran Azərbaycanın torpaqlarını işğal edən Ermənistana təzyiq etmir, əksinə Ermənistana nəfəs verirlər. Sual olunur, necə olur ki, İran Fələstinlə bağlı İsrailə düşmən münasibətləri bəsləyir, amma Ermənistanla bağlı eyni dini daşıyan Azərbaycanla bir mövqedə dayanmır? Bu islam məntiqinə, islam həmrəyliyinə söykənən, onun mahiyyətinə uyğun olan yanaşma deyil.

İndi vəziyyət elədir ki, artıq hadisələrin gedişinə Azərbaycan diqtə edir. Milli ordumuzun apreldə apardığı hərbi əməliyyatlar və göstərdiyi qəhrəmanlıq vəziyyəti dəyişib. İndi Ermənistanın yanında olan bütün ölkələr vəziyyətin ciddiliyini nəzərə alaraq əvvəlki statusdan çıxış etmirlər. Ona görə də indiki vəziyyət tamamilə Azərbaycanın xeyrinədir və aparılan danışıqlar özünün konkret nəticələrin göstərməsə, son söz yenə də hərbi əməliyyatlarda, milli ordumuzun üzərindədir. Düşünürəm ki, biz gec-tez bu amildən istifadə etməli olacağıq.

Mənim gəldiyim nəticə bundan ibarətdir ki, Ermənistana qarşı dünya səviyyəsində ciddi təzyiqlər göstərilmir və bu təzyiqin göstərilməsi heç gözlənilirmir də. Buna gör də son söz ölkəmizdə xalqın iradəsinə söykənən Ali Baş Komandan İlham Əliyevindir”.

Nərminə UMUDLU


Xəbəri paylaş

6518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___