Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Neft düşdü, dollar qalxdı, ərzağın qiyməti isə...
Tarix: 12-07-2016 | Saat: 01:01
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Neft düşdü, dollar qalxdı, ərzağın qiyməti isə...

Həftənin birinci iş günü dünya iqtisadiyyatı üçün gərgin keçdi.

“Moody's” analitikləri ABŞ Mərkəz Bankının sentyabrda faiz artımına getməsi üçün hər şeyin mükəmməl şəkildə irəliləməsi, iyul və avqust məşğulluq rəqəmlərinin güclü olması, inflyasiyanın 2 faiz hədəfinə bir az da yaxınlaşmasının vacib olduğunu vurğuladı.

Bildirək ki, may ayında ABŞ-da məşğulluq artımı son 6 ilin ən aşağı səviyyəsinə düşdüyündən, iyun toplantısında FED faiz artımına getmədi. Lakin iyun ayı üzrə məşğulluq göstəricisinin müsbət olması Amerikanın pul siyasəti ilə bağlı naməlumluğu artırıb.

“Moody's” bildirir ki, güclü məşğulluq artımı sentyabrda faiz artırılmasını mümkün etməsinə baxmayaraq, bu ehtimal aşağıdır: "FED”in sentyabrda faizləri artırması üçün hər şey mükəmməl şəkildə getməlidir. Bunun üçün iyul və avqust ayı üzrə məşğulluq göstəriciləri güclü çıxmalı, inflyasiya 2 faiz hədəfindən az olmamalıdır. Bundan başqa, maliyyə bazarların iş birliyi mühümdür. İngiltərə və ya İtaliyada baş verənlər FED-i ehtiyatlı olmağa vadar edir". Agentlik FED-in dekabr iclasında faiz artımına gediləcəyini istisna etməyib.

Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılması Londonda yerləşən qlobal maliyyə şirkətlərini narahat etməyə başlayıb. Belə ki, Londonda fəaliyyət göstərən banklar “EU Pass” adı verilən bankçılıq lisenziyasını itirmək təhlükəsi ilə üzləşiblər. Bu lisenziya banklara AB daxilində məhdudiyyətsiz əməliyyat aparmaq imkanı verirdi. Nəzərə çatdıraq ki, həm Avropanın, həm də dünyanın ən əhəmiyyətli maliyyə mərkəzi olaraq qəbul edilən London yalnız maliyyə xidmətləri sayəsində ildə 300 milyard dollar gəlir əldə edir. Bu rəqəmin 30 milyard dolları isə Avropa ilə reallaşdırılan əməliyyatlardan daxil olur. Londondan idarə edilən cəmi vəsaitlərin miqdarı isə trilyon dollar səviyyəsində ölçülür.

Yeri gəlmişkən, Avropada maliyyə mərkəzi taxtı uğrunda şəhərlərarası rəqabət başlayıb. Başda Frankfurt, Paris, Dublin və Lüksemburq olmaqla bir çox şəhər Londondan qaçacaq banklara ev sahibliyi etmək üçün bir-biriylə rəqabətə girib. Qeyd edək ki, Londonda yalnız maliyyə sektorunda 700 min adam işləyir. Onların təxminən 20 faizi ingilis deyil. Ona görə, 100-150 min nəfərin Londondan köç edəcəyi təxmin edilir.

ABŞ-da istehsalçıların aktiv qazılan neft quyularının sayını 12 həftənin ən yüksək səviyyəsinə çatdırması nəticəsində neftin qiyməti düşdü. Belə ki, qiymətlərin 50 dollara yaxınlaşması Amerikalı neft istehsalçıların neft qazma quyularını təkrar aktiv hala gətirməsinə səbəb olub. Bu vəziyyətin hasilatdakı azalmanı dayandıracağı gözlənilir.

Qeyd edək ki, WTI nefti Nymex birjasında 60 sent düşərək bareli 44.81 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 54 sent və ya 1.2 faiz düşərək bareli 46.22 dollara qədər enib. Sonradan neft cüzi bahalaşıb. Bakı vaxtı ilə saat 08:45-də Brent neftinin bareli 46,50 dollardan alıcı tapıb.

Qazaxıstan Milli Bankı uçot dərəcəsini 13%-ə endirdi. İnflyasiyanın hazırkı səviyyəsi proqnozlara uyğundur, onun sürətlənməsi riski isə minimaldır. Qeyd edək ki, bundan öncə uçot dərəcəsi 15% olub.

Azərbaycana gəlincə, Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərini açıqladı. Məlum oldu ki, istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,5 faiz bahalaşıb.

İyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,3 faiz ucuzlaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 0,3 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb


Xəbəri paylaş

1 1378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___