Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tağı Əhmədovun etmədiklərini edir…
Tarix: 08-07-2016 | Saat: 12:03
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər


Tağı Əhmədovun etmədiklərini edir…

Qəbul etmək lazımdır ki, nöqsan olduqda irad bildirib tənqid yazdığımız Bakı Metropolitenində son iki ayda müsbətə doğru işlər görülür. Sərnişinlərdə müsbət təəssürat yaradan bu səbəblərdən başlıcası ticarətin metroda təkrar bərpa edilməməsi, qatarlar arasında intervalın tənzimlənməsi və stansiyada oturacaqların quraşdırılmasıdır. Metro ticarətinin hərəkətə mane olub, həm də terror riskini artırırdı. Artıq bu yoxdur. Qatarların stansiyalara tez gəlməsi, sıxlığın tənzimlənməsinə müsbət təsir bağışladısa, oturacaqların quraşdırılması lap yerinə düşdü, körpə, ahıl, qoca insanların köməyinə yetdi.
Tağı Əhmədovun etmədiklərini edir…
Faktinfo.az saytı olaraq bildiririk ki, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov metronu bazara çevirmişdi. Metroda hər şey alınıb satılırdı. Keçidlərdən keçərkən qulaq tıxayıcıya ehtiyac duyulurdu. Əks təqdirdə, insanın qulağı nə eşitmirdi ki…
Tağı Əhmədovun etmədiklərini edir…

Bircə metroda metal borular satılmırdı. Tağı müəllim metroya bir az da artıq rəhbərlik etsəydi, bu da mümkün olacaqdı. Özünü ancaq metroda gediş haqlarının qaldırılmasına həsr edən adam, metro ticarətindən il ərzində milyonlarla manat gəlir götürürdü. Adam o qədər “şişmişdi” ki, artıq metro ilə maraqlanmır, ədəbiyyata baş vurmuşdu.

Hazırda məsləhətdir ki, Tağı Əhmədov metronun Elmlər Akademiyası stansiyasına düşsün və fərqli mənzərənin şahidi olsun.

Faktinfo.az


Xəbəri paylaş

9418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___