Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramazandan sonra necə qidalanmalı?
Tarix: 06-07-2016 | Saat: 17:43
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Bayramda mədə problemi yaşamaq istəməyənlər üçün məsləhət.

Ramazandan sonra necə qidalanmalı?

Ramazan ayının son gününü yaşayırıq. Sabah 11 ayın sultanı bitir. Bir aydır aclıq, susuzluqla imtahana çəkildikdən sonra ən əsas məsələ mədə problemləri ilə qarşılaşmamaq üçün qidaya diqqət etməkdir.


Daha az yeməyə və uzun müddət aclığa vərdiş edən mədəyə ağırlıq verməmək lazımdır. Elə dietoloqlar da Ramazan sonrası insanların qidalanma qaydalarına ciddi əməl etmələrini tövsiyə edir.

Günə başlayarkən mütləq səhər yeməyini yeyərək başlamaq, nahar və şam yeməklərini qaçırmamaq mütləqdir.

Ramazandan sonra necə qidalanmalı?

Yemək üçün çoxlarının səbirsizləndiyi, lakin iftar və imsak arası doyunca yeyə bilmədiyi şirniyyatlar, yeməklər ola bilər ki, bunlar bir rasionda deyil, həftə ərzində az-az yeyilməlidir.

Qidanın kalori və miqdarına ciddi nəzarət edilməlidir. Hər gün zərərli və yüksək kalorili yeməklərlə qidalanmaq 1-2 həftə ərəzində yüksək çəki artımına gətirib çıxara bilər. Hətta Ramazan bayramı boyunca qonaqlıqlarda yeyilən şirniyyatlar belə insana xəbəri olmadan 1-2 kilo çəki qazandıra bilər
Bayramdan sonra və bayram günü nahar edərkən tərəvəz məhsulları ilə zəngin qidalardan istifadə edilməlidir. Çünki ən yüngül qidalar tərəvəzlərdir. Buna görə də az yağda qızarmış tərəvəzlər nahar üçün ideal hesab edilir.

Bayram qonaqlıqlarında hər kəs payına düşən şirniyyatın yarısını yeməklə kifayətlənməlidir. Məsələn, iki paxlavanın birindən mütləq imtina edilməlidir.
Günə dinamik başlamaq, gün boyu hərəkət etmək, gediləcək yerlərə piyada səyahət sağlamlıq və artıq çəki yığımamaq üçün faydalıdır. Şam yeməyindən sonra təmiz havada gəzmək daha məqsədəuyğundur.

Ramazandan sonra necə qidalanmalı?

Bol su içməyi də unutmayın. Dietoloqlar suyu az kalorili içkilərlə əvəz etməyin də mümkün olduğunu deyirlər. Ən yaxşısı isə tərəvəz, nanə və limonlu içkilərdir.


Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___