Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Günəbaxan tumları insanı cavanlaşdırır
Tarix: 06-07-2016 | Saat: 04:31
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Günəbaxan tumları insanı cavanlaşdırır

Adi günəbaxan tumları sağlamlıq üçün inanılmaz dərəcə xeyirli imiş

İllinoys Ştatı Universitetinin (Illinois State University – ISU) mütəxəssisləri klinik təcrübələrin gedişində bu tumların yeni təəccüb yaradan xüsusiyyətlərini aşkarlayıblar

Təcrübələr göstərir ki, günəbaxan tumlarında süd vəzisi, yumurtalıq, bağırsaq, dəri və ağciyər xərçənglərinin inkişaf riskini azaldan maddə vardır. Toyuqlar üzərində aparılan təcrübələrin gedişində bu nəticəyə gəliblər. İl ərzində günəbaxan tumu ilə qidalanan toyuqların xərçənglə xəstələnmə halları xeyli azalıb.

Hazırda alimlər bu təcrübəni insanlar üzərində də sınaqdan keçirməyi planlaşdırırlar. Onlar əminliklə deyirlər ki, bu tumların insan sağlamlığı üçün əhəmiyyətini asanlıqla sübut edə biləcəklər.

Günəbaxan tumu enerji dəyəri 100 qr – 578 kal.

Qeyd edək ki, yabanı günəbaxan tumu Avropaya 1510-cu ildə ispanlar tərəfindən Şimali Amerikadan gətirilib. Tərkibində zülal, yağ, amin turşuları, E, C vitaminləri və B qrupu vitaminləri vardır. Günəbaxan tumu yüksək bioloji dəyərə malikdir.

Tərkibindəki zülalların miqdarına görə ətdən, yumurtadan üstündür. Asanlıqla həzm olunur.

D vitamini mənbəyi kimi treska balığı ciyərindən daha qiymətlidir. Bundan başqa, günəbaxan tumu təqribən qoz meyvəsi kimi müalicəvi xüsusiyyətlərə malikdir, dəri örtüyünü, selikli qişaları möhkəmləndirən, orqanizmdəki turşu-qələvi balansını normallaşdıran vitaminlərlə zəngindir.

100 qr günəbaxan tumunda 311 mq magnezium var ki, bu da çovdar çörəyində olandan 6 dəfə çoxdur. 50-60 qr günəbaxan tumu 25-30 qr günəbaxan yağına bərabərdir və orqanizmin doymamış yağ turşularına və E vitamininə olan günlük tələbatını tam ödəyir. Çiy günəbaxan tumu zədələnmiş yumşaq toxumaların, sümüklərin sağalmasına xəstəliklərdən sonra qüvvələrin bərpasına kömək edir, iştahı yaxşılaşdırır.

Günəbaxan tumundan oteroskleroz, miokard infarktı və digər ürək – damar sistemi xəstəliklərinin profilaktikasında və qaraciyər, öd yolları xəstəliklərinin müalicəsində istifadə olunur.


Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___