Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Elnur "Eurovision"la bağlı açıqlama verəcək"
Tarix: 15-03-2015 | Saat: 11:38
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

"Elnur "Eurovision"la bağlı açıqlama verəcək"

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva dostu, "O səs Türkiyə" yarışmasının qalibi Elnur Hüseynovdan bəhs edib.

Xeberaz.az xeber verir ki, Axşam.az-a açıqlama verən model onun “Eurovision”a qatılması və yenilikləri ilə bağlı sualları cavablandırıb:
“Türkiyəyə gələn hər bir azərbaycanlıya dəstək oluram. Vətənimi sevən biriyəm. Eləcə də Elnur. Yaxın dostumdur. Öz vətənimizin övladlarının arxasında dayanmalı, sahib çıxmalıyıq. 200 insan arasından seçildi. Çox istedadlıdır. Dünyanın ən nadir səsinə sahibdir. Onun qiymətini bilmək lazımdır. Türkiyə onun qalibiyyətini birmənalı qarşılamaya bilər. Amma biz dəstək olmalıyıq. Elnurla fəxr etməliyik. Onun “Eurovision”a getməsi ilə bağlı danışa bilmərəm. Bununla bağlı hər şeyi bilirəm. Amma açıqlamanı özü verməlidir. Tək onu deyim ki, Elnurun maraqlı yenilikləri, sürprizləri var".

Qeyd edək ki, E.Hüseynovun bu il Azərbaycanı "Eurovision"da təmsil edəcəyi ilə bağlı xəbər yayılıb.




Xəbəri paylaş

7618 dəfə oxunub.

Digər xəbərlər
29-08-2015, 15:41 Bakıda avtobus yanır

bütün xəbərlər
____ Instagram ___