Problemli kreditlərin həcmi 30%-i keçib
Tarix: 05-07-2016 | Saat: 13:19
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
İnvestorlar Azərbaycanda fəaliyyət göstərən BOKT-lara vəsait verməyə çəkinir
"Kreditlərin qaytarılmasında yaranmış problemlər Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarını (BOKT-lar) çətin vəziyyətə salıb"
Bunu fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.
Onun sözlərinə görə, hazırda BOKT-lar kreditlərin geri qaytarılmaması riski ilə üz-üzə qalıblar:
“Mikromaliyyə qurumlarının kredit portfeli təqribən 650 milyon dollar təşkil edir. Ötən illə müqayisədə kredit portfeli təqribən 2 dəfə azalıb. Amma hətta bu azalmadan sonra da kreditlərin qaytarılmasında ciddi çətinliklər var. İndi mikrokreditlərin tərkibində problemli hissənin payı 30%-i keçib”.
İcraçı direktorun fikrincə, kreditlərin qaytarılmasındakı gecikmənin əsas səbəbi əhalinin ödəmə qabiliyyətinin pisləşməsidir ki, buna da mövcud makroiqtisadi vəziyyət təsir edir. BOKT-ların xarici investorlarla da münasibətlərini gərginləşdirib:
“Xarici tərəfdaşlar tərəfindən monitorinqlər daha sərt keçirilir, daha təfərrüatlı və dərin hesabatlar istənilir. Bu da onların fəaliyyətində müəyyən çətinliklər yaradır. Hazırda investorlar tərəfindən ikinci maliyyələşmənin aparılması xeyli çətinləşib. Hələlik xarici investorlar vəsait ayırmırlar, bu proses dayanıb, bunun hansı müddətə dayandırılması hələlik məlum deyil”.
Xəbəri paylaş
5838 dəfə oxunub.
Digər xəbərlər

29-07-2017, 12:09
Azyaşlı uşağı olanlara XƏBƏRDARLIQ: evdə kondisioner yandırmayın
25-11-2020, 12:55
Ceyhun Bayramovdan Kəlbəcərlə bağlı PAYLAŞIM
25-11-2016, 18:40
Azərbaycanda "Xalçaçı günü" peşə bayramı təsis edildi
30-08-2015, 15:48
Qurani Kərim oxunanda ağlamayan bəbək(VİDEO)
13-02-2017, 21:55
Sofya'nın kralı Dimitrov
19-08-2015, 15:24
Türkiyəni kim qarışdırdı; Cavanlar polislə belə vuruşur – (Video izlə)
1-05-2021, 18:11
Kim Kardaşyandan Ermənistan prezidentinə tvit - Gələcəkləri onsuz da Türkiyə və Azərbaycandan asılıdır
7-08-2017, 17:15
Rusiya dollara müharibə ELAN ETDİ
8-12-2015, 00:02
“Neftçilər”də bomba tapılmadı – YENİLƏNİB