Ruslar AST Telmanı xilas edir
Tarix: 04-07-2016 | Saat: 20:38
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycanlı iş adamı Telman İsmayılova məxsus, Antalyadakı “Mardan Palace” otelindəki bütün yerlər sayılı günlər ərzində rusiyalı turistlər tərəfindən iki ay sonraya kimi tutulub.
Virtualaz.org-a otelin meneceri Çetin Pehlivanın bildirdiyinə görə, böhranlı şəraitdə bütün ümidlər məhz rusiyalı turistlərə bəslənirdi və gözləntilər özünü doğruldub: hesablamalara görə, tezliklə bütün zərər ödəniləcək və otel qazanmağa başlayacaq.
“Rusiyalı turistlər üçün xüsusi təkliflərimiz var idi və bu işə yaradı. Booking sistemi ilə otelin nömrələri məhz onlar tərəfindən tutuldu. Yaxın günlərdə Rusiyadan ilk çarter reysini gözləyirik”, - Pehlivan deyib.
Rusiya turizm şirkətlərinin dövriyyəsinin 35%-ni bu günlərdə Türkiyə istiqaməti zəbt edib. “OnlineTur” şirkətinin nümayəndəsi İqor Blinovun sözlərinə əsasən, əgər ötən həftənin cümə günü Türkiyə istiqamətinin payı bütün təkliflər arasında 6,7% idisə, şənbə günü bu göstərici 38,8%, bazar günü isə 35,6% təşkil edib.
Xəbəri paylaş
1 1118 dəfə oxunub.
Digər xəbərlər

21-05-2015, 02:34
"FIFA-16" oynuna "Azərbaycan Premyer Liqası" əlavə oluna bilər | SƏS VER
9-06-2021, 22:08
Erməni iki məhkəmə icraçısını ov tüfəngi ilə vurub.
1-06-2016, 15:51
İsmayıllı yolunda sürüşmə - Təhlükə
23-04-2015, 18:44
Türkiyədə İlham Əliyev parkı salındı
11-09-2020, 16:26
Əgər Şeyx Nobel mükafatı alsa...Ziyalılar danışdı
20-06-2022, 10:58
Ərik tumlarının BİLİNMƏYƏN FAYDALARI - qurdları öldürür, xərçəngin qarşısını alır...
29-11-2015, 17:02
Bu şəhərdə küçəyə çıxan qadınları zorla ərə verirlər... - FOTO
9-07-2017, 10:17
Ərdoğan “Amnesty International” beynəlxalq təşkilatını dövlət çevrilişi hazırlamaqda ittiham edib
1-09-2015, 16:24
Tərtər rayonunda Ermənistan ordusu toy məclisini atəşə tutdu