Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
87 yaşlı qadının sağlam ayağının kəsildiyi mərkəzin direktoru və həkim işdən çıxarıldı
Tarix: 04-07-2016 | Saat: 20:06
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Müsahibə | çapa göndər

87 yaşlı qadının sağlam ayağının kəsildiyi mərkəzin direktoru və həkim işdən çıxarıldı
Səhiyyə Nazirliyi Angioloji Mərkəzdə baş vermiş nöqsana dair qərar verib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyinin kollegiya iclasında nazirliyin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində 24 iyun 2016-cı ildə vətəndaş Məmmədova Tərlan Həsən qızının cərrahiyyə əməliyyatının aparılması zamanı baş vermiş hadisəyə dair araşdırmanın nəticələri geniş müzakirə edilib. Səhiyyə Nazirliyinin sərəncamına əsasən, hadisə aparıcı mütəxəssislərdən ibarət yaradılmış komissiya tərəfindən araşdırılıb.

Məlum olub ki, cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib.

Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Əkbər oğlu Şəmsəddinski tutduğu vəzifədən azad olunub. Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.

Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğluna həvalə olunub.


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___