Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xaçmazın meşə qatilinə - Ömürlük həbs
Tarix: 04-07-2016 | Saat: 16:42
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Xaçmazın meşə qatilinə - Ömürlük həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Xəbəraz.az " -ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Radik Məmmədov ömürlük, N. Zəkərayev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçəni il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər. Radik Məmmədovun bir neçə oğurluq, quldurluq, qəsdən sağlamlığa ağır zərbə vurma kimi ayrı cinayət əməlləri də ortaya çıxıb.


Xəbəri paylaş

6378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___