30 "Gelandewagen" paytaxtı bir-birinə vurdu - VİDEO - FOTO
Tarix: 04-07-2016 | Saat: 10:47
Bölmə:Karusel / Maraqlı / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin (FTX) məzunları Moskvanın mərkəzində avtomobil yarışları keçiriblər. Anspress-in məlumatına görə, iyunun 21-də Moskvanın mərkəzində 30 ədəd "Mercedes-Benz Gelandewagen" markalı qara rəngli avtomobillərin peyda olması sakinlərin marağına səbəb olub. Məlum olub ki, gələcək federal təhlükəsizlik əməkdaşları maşınları 2-3 saatlıq kirayəyə götürüblər və şəhərin mərkəzində yüksək sürətlə və yol qaydalarını pozaraq hərəkət ediblər.
Hadisənin görüntüləri sosial şəbəkələrə düşər-düşməz "avtoşlar" istifadəçilər tərəfindən şərh atəşinə tutulub. Şərhlərdən çoxu neqativ xarakter daşıyıb. İnsanlar ölkənin təhlükəsizliyini qorumalı olan gənclərin belə bir addım atdıqlarından hiddətləniblər.
FTX-in general-mayoru Aleksandr Mixailov isə gəncləri hətta Vətənə xəyanətdə ittiham edib. "Bu Vətənə xəyanətdir! Xidmət maraqlarının satqınlığı. Belə şəkilləri necə internetdə paylaşmaq olar? Biabırçılıq! FTX akademiyası məzunları Moskvada yol qaydalarını pozaraq hərəkət ediblər. Onların yarısı xidmətdən kənarlaşdırılmalı, yarısına isə xəbərdarlıq edilməlidir".
Bu Moskvada "Gelandewagen" avtomobilinin iştirakı ilə baş verən ilk səs-küylü hadisə deyil. Mayın 26-da "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarov və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.
Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da, bu alınmayıb. Polis onları qovan və saxlayan zaman gənclər "Periscope" sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

25-06-2018, 19:25
Avqustdan əvvəl qarpız yeməyin... RƏSMİ XƏBƏRDARLIQ
1-09-2018, 16:26
Qatığın daha bir faydası bəlli oldu — Afrodiziak təsiri yaradır
12-02-2016, 14:27
FHN-də Apellyasiya Şurası yaradılıb
28-06-2022, 15:30
Xalasından şok: Sənay Türkiyədə bu qızla “evlənib”
20-03-2017, 13:30
Dəməşqdə atışma zamanı Rusiya səfirliyinin binasına ziyan dəyib
7-12-2015, 12:32
həlak olan neftçilərdən birinin cansız bədəni su üzünə belə çıxdı
18-04-2016, 20:03
Viza prosedurları sadələşdirilir
17-01-2018, 12:42
Ermənistan Azərbaycana rəqib oldu
7-07-2017, 12:24
VALİDEYNLƏR, DİQQƏT: bu peyvəndi vurdurmasanız, uşağınız ölə bilər