Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Vanqa” Goranboyda tutuldu - Video
Tarix: 02-07-2016 | Saat: 13:06
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

“Vanqa” Goranboyda tutuldu - Video
Goranboyda axtarışda olan iki nəfər saxlanılıb.

"Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxslər Goranboy və Göygöl rayonlarında silsilə oğurluqlar törətməkdə şübhəli bilinir.

Saxlanılanlardan biri yaşadığı rayonda "Vanqa" ləqəbi ilə tanınır.

Goranboy rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqlar törədən 7 nəfərlik dəstənin daha iki üzvü - "Vanqa" ləqəbli Vaqif Hüseynov və İlkin Şıxıyev tutulub. Həmin şəxslər paytaxt Bakı şəhərində saxlanılıb.

Müstəntiq Ağaxan Abdullayev faktla bağlı bildirib ki, bu iki şəxs məsuliyyətdən yayınmaq üçün qaçıb gizləniblər: "30 iyun tarixində Goranboy rayon polis şöbəsi əməkdaşları tərəfindən həmin şəxslər tutularaq istintaqa təhvil verilib".

İstintaq yolu ilə müəyən edilib ki, barələrində axtarış elan olunan V.Hüseynov və İ.Şıxıyev axtarışda olduqları müddətdə də öz çirkin əməllərini dayandırmayıblar. Onlar Dəliməmmədli şəhəri ərazisində müxtəlif obeyktlərdən oğurluqlar edib.

"Vanqa" ləqəbli V.Hüseynov əməlinə görə heç də peşman olmadığını bildirib: "Axtarışda olan vaxt pulumuz yox idi. İstəyirdik, pulumuz olsun. Bunun üçün də haranısa yarmalıydıq. Ona görə də Dəliməmmədlidə bir mağazanı, bir çay evini yardıq. Xanqərvənddə bir evə girdik, oradan bir qazandan xoşumuz gəldi, onu götürdük. Əməlimdən heç də peşman deyiləm. Niyə peşman olum ki, bunu mən eləmişəm"

V.Hüseynovun ortağı İ.Şıxıyev məsuliyyətdən yayınmasına özünəməxsus şəkildə don geyindirib: "Çöldə gözəl hava var. Biz də Bakıda dəniz qırağında idik. Dedik ki, yayda dəniz qırağında dincələk, qışda gedərik".

Hazırda polis dəstə üzvlərinin ziyan vurduğu zərərçəkənlərin sayını müəyyənləşdirir.


Xəbəri paylaş

8958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___