Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin: Türkiyə Rusiyadan üzr istəyib
Tarix: 30-06-2016 | Saat: 17:54
Bölmə:Karusel / M2 | çapa göndər

Putin: Türkiyə Rusiyadan üzr istəyib
“İndi tərəflər münasibətləri bərpa edəcəklər”.

Türkiyə vurulmuş bombardmançı təyyarəsi üçün Rusiyadan üzr istədi, yaxın zamanda Moskva ölkələr arasında ikitərəfli münasibətlərin bərpası üçün tədbirlər görəcək.

"Xəbəraz.az "RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə prezident Vladimir Putin Rusiyanın xarici ölkələrdəki səfirləri və daimi nümayəndələri ilə iclasda bildirib.

“Dünən bildiyiniz kimi, bu ölkənin prezidenti ilə danışıq olub. Ankaranın vurulan rus bombardmançı təyyarəsi üçün üzr istədiyi də məlumdur.

Bunu nəzərə alaraq ikitərfəli münasibətlərin bərpası üçün yaxın günlərdə tədbirlərin həyata keçirilməsini nəzərdə tuturuq”, - Putin deyib.

Rusiya və Türkiyə arasındakı münasibətlərdə böhran 2015-ci ildə türk qırıcısının Suriyada terror əleyhinə əməliyyatda iştirak edən “Su-24” bombardmançısını vurduqdan sonra başlayıb. Rusiya prezidenti bunu terrorçularla əlbir olanların “arxadan vurduqları zərbə” adlandırıb. Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.

Bazar ertəsi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Türkiyə prezidentinin vurulan təyyarə üçün üzr istədiyini və pilot Oleq Peşkovun ölümü ilə əlaqədar başsağlığı verdiyini bildirib. Bununla da Ankara Rusiya tərəfindən qoyulan şərtləri yerinə yetirib: üzr istəyib və rus pilotunu qətlə yetirdiyi ehtimal edilən şəxsə qarşı istintaq tədbirlərinə başlanılıb.


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___