Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı Aydan ateistləri də heyran qoydu - VİDEO - FOTO
Tarix: 30-06-2016 | Saat: 13:12
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz TV / İbadət | çapa göndər

Azərbaycanlı Aydan ateistləri də heyran qoydu - VİDEO - FOTO
Rusiyada yaşayan azərbaycanlı Aydan Məmmədova "Youtube"da açdığı "müsəlmanın bloqu" kanalı ilə rusdilli əhali arasında məşhurlaşıb.

"Xəbəraz.az " anspress-ə istinadən xəbər verir ki, onun açdığı kanalın çox aktiv mövzusu və istiqaməti var. Qız İslam dini haqqında və Rusiyada müsəlman qızların həyatından bəhs edərək müsəlmanlar barəsində yayılan yanlış stereotipləri dağıtmağa çalışır.

Aydan Məmmədovanı "Youtube"da ilk müsəlman rus qızı adlandırırlar. Onun müraciətləri bütün rusdilli auditoriyaya ünvanlanıb.

Ənənəvi azərbaycanlı ailəsində anadan olan Aydan Məmmədova öz müsahibələrində bundan bəhs edib və hətta ayrıca videoçarx da hazırlayıb.

"Mən öz bloqumu İslam dininə inanan və onun haqqında mənfi fikirlərə sahib insanların baxması üçün yaratdım. Fikirləşdim ki, mən insanlara 1-ci kanal vasitəsilə müraciət edə bilməsəm də, öz bloqum vasitəsilə sözümü çatdıra və daha çox auditoriya toplaya bilərəm", - deyə Aydan saytlardan birinə verdiyi müsahibədə bildirib.

Çox keçmədən "müsəlmanın bloqu" 70 mindən çox izləyici toplaya bilib. Bloqu tez-tez müsəlmanlar, başqa dinin nümayəndələri və hətta Allaha inanmayanlar da izləyir.

"Mən xristianam, lakin onun videolarını izləməyi sevirəm", "Mən ateistəm, ancaq müsəlmanların adət-ənənələri haqqında bilmək mənə çox maraqlıdır", "O, mənin müsəlman qızları haqqında olan fikirlərimi yaxşı mənada dəyişdi", - deyə Aydanın paylaşdığı videoların altında yazılan şərhlərdə deyilir.

Aydan Məmmədova öz kanalında müxtəlif mövzulara - dini bayramlar, hicab, namaz kimi mövzulara toxunur və eləcə də İslamda gözəllik və özünütəkmilləşdirmə ilə bağlı sualları cavablandırır.

Ölkəsindən uzaqda yaşamasına baxmayaraq valideynləri Aydanı milli ruhda böyüdüblər.

"Mən Rusiyada böyümüşəm. Bizim evdə xüsusi atmosfer var. Valideynlərim məni və qardaşımı vətəndən uzaq olmağımıza baxmayaraq milli ruhda böyüdüb. Bizə milli ədəbiyyatımıza məhəbbət tərənnüm edilib", - deyə Aydan daha bir müsahibəsində bildirib.

Gənc qız əmindir ki, onun paylaşdığı videolar sayəsində İslama qarşı münasibət dəyişəcək.


Xəbəri paylaş

1 0928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___