Azərbaycan bankları “PayPal”a razılıq verdilər
Tarix: 30-06-2016 | Saat: 12:58
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan Mərkəzi Bankının müraciətinə əsasən, “PayPal” şirkətinin xidmətlərinin Azərbaycan bankları vasitəsilə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının (ABA) tərəfindən banklarla müzakirələr aparılıb və bu məsələyə dair bankların rəyləri ümumiləşdirilərək Mərkəzi Bankına ünvanlanıb.
"Xəbəraz.az " xəbər verir ki, biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafovun Marja.az-a verdiyi məlumata görə, bunu ABA-nın icraçı direktoru Yunus Abdulov bildirib.
Mərkəzi Bankdan ABA-ya verilən məlumata görə, “PayPal” şirkətinin yerli banklarla əməkdaşlığının uyğun forma və üsullarının araşdırılması üzrə iş aparılır. Nəticə barədə məlumat veriləcək.
ABA-nın icraçı direktoru Y.Abdulov Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanovaya məktub göndərib.
Məktubda qeyd edilir ki,
- Azərbaycan Mərkəzi Bankı tərəfindən ABA-ya ünvanlanmış 18 may 2016-cı il tarixli, 11- 00182-2016 və 11-00183-2016 saylı məktublara cavab olaraq bildirmək istəyirik ki, “Cash back” xidmətinin yerli bazarda tətbiqi və “PayPal” şirkətinin agent bankı olmağa dair münasibətlərin öyrənilməsi üçün ABA üzv banklara müraciət ünvanlayıb.
Bir sıra banklardan daxil olan cavablar onu deməyə əsas verir ki, banklar ümumilikdə bu xidmətlərin yerli bazarda tətbiqinə maraqlıdırlar.
Bununla yanaşı, həmin xidmətlərin yerli bazarda tətbiqi şərtlərinin müəyyənləşdirilməsi və hər iki məsələnin ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunda daha geniş müzakirəsinə ehtiyac olduğu banklar tərəfindən qeyd olunur.
Qeyd edək ki, ölkəmizin bir çox sahibkarlar öz məhsullarını “Ebay”, “Etsy” kimi sistemlərdə satışa çıxarda bilmirlər.
Səbəbi də “PayPal” üzərindən ödəniş qəbul etmək imkanının olmamasıdır.
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

15-11-2015, 23:27
Əsgərlərimiz Vətənə sədaqət andı içdilər - FOTO
25-03-2016, 19:58
Sevda Yəhyayeva istirahətdə - FOTO
7-06-2017, 15:33
Prezident bütün güzəştləri ləğv etməyi tapşırdı
8-05-2018, 11:11
Azad Rəhimovun oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
31-05-2017, 19:59
Əfqan Muxtarlı barəsində 3 aylıq həbs-qətimkan
15-06-2021, 18:04
Məşhur iş adamı Range-Roverlə 4 nəfəri vurub öldürən kürəkəni haqda DANIŞDI: - “O, içən adam deyil, maşın sürmür”
8-06-2017, 18:27
Mətbəxdəki yemək qoxusundan qurtulun – SADƏ ÜSUL
24-07-2015, 17:39
Ərdoğan: İlk addım atıldı
28-05-2017, 19:39
“Cəsur və Gözəl”in izləyicilərinə BƏD XƏBƏR
20-01-2016, 17:57
“Azəryolservis”də kütləvi ixtisarlar - İşçilərdən ərizə alınıb